Accessibility links

Pompeo: Myanma hücumlarının məsuliyyətini təhlükəsizlik qüvvələri daşıyır


ABŞ dövlət katibi Amerikanın Myanmada Rohinca müsəlmanlarına qarşı etnik təmizləməyə görə hesab verilməsi tələbini davam etdərəcəyini deyib.

Mayk Pompeonun bəyanatı Myanmada müsəlmanlara qarşı zorakılıqlarının ildönümünə təsadüf edir.

Mayk Pompeo
Mayk Pompeo

"Bir il öncə öldürücü hücumların məsuliyyətini təhlükəsizlik qüvvələri daşıyır. Ordu Birmada demokratiya naminə insan haqlarına hörmət göstərməlidir" - deyə, Pompeo Twitter hesabında yazıb.

2017-ci ilin avqustunda Birmada (Myanma) zorakılıq başlayandan bir ayın içində azı 6 min 700 Rohinca müsəlmanı öldürülüb.

626 mindən çox Rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb.

Etnik mülki əhaliyə qarşı qəddarlığı yalnız son zamanlar baş verən hadisə deyil. Oxşar hadisələr daha öncə də baş verib.

Myanma ordusunun Şan vilayətindəki 300,000-dən çox mülki vətəndaşı köçürməsi kampaniyasından 20 ildən çox vaxt keçib.

Lakin qəddar hərbi hücumlar növbəti illər də davam etdi və Şan vilayəti də daxil olmaqla digər ərazilərdə də minlərlə insanın köçürülməsi ilə nəticələndi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG