Accessibility links

Pompeo: Pxenyanla “davamsız razılıqlar” qəbul edilməyəcək


ABŞ prezidenti Şimali Koreya lideri ilə tarixi görüşdən sonra Sinqapuru tərk edəcək.

Ağ Evin bildirdiyinə görə, Donald Tramp Kim Conq Unla səhər yalnız tərcüməçilərin iştirak edəcəyi görüşdə bir araya gələcək. Müzakirələrdən sonra liderlər iş yeməyində olacaq.

Bundan sonra isə dövlət katibi Mayk Pompeo, prezident aparatının sədri Con Kelli və milli təhlükəsizlik müşaviri Con Boltonun da qatılacağı əhatəli danışıqlar olacaq.

Diplomatiya doğru istiqamətdə irəliləməsə, daha sərt ölçülər götürüləcək

Sabah axşan Sinqapuru tərk etməzdən öncə ABŞ dövlət katibi mərbuat konfrasında iştirak edəcək.

ABŞ rəsmiləri əldə ediləcək hər bir arzılığın Şimali Koreyanın nüvə və ballistik raket proqramlarına son qoyulmasına xidmət edəcəyini bildirib.

ABŞ dövlət katibi Sinqapurda müxbirlərə deyib ki, Amerikanın daha əvvəlki liderlərinin Pxenyanla əldə etdiyi “davamsız razılıqlar” qəbul edilməyəcək.

Şimali Koreyaya qarşı sanskiyalar kütləvi qırğın və nüvə silahları məhv edilməyənədək qüvvədə qalacaq.

“Diplomatiya doğru istiqamətdə irəliləməsə, daha sərt ölçülər götürüləcək” , Pompeo əlavə edib.

Pompeo prezidentlərin görüşünün müsbət nəticələr verəcəyinə dair nikbinliyi ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG