Accessibility links

Pompeo: Qolan yüksəklikləri və Krımla bağlı vəziyyət müqayisə edilməzdir


ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İsrail və Rusiyanın fərqli motivləri olduğuna görə Qolan yüksəklikləri və Krımla bağlı vəziyyəti eyniləşdirmək mümkün deyil.

Pompeo ABŞ Senatında dinləmələr zamanı deyib ki, İsrail Qolan yüksəkliklərini Suriyadan müdafiə olunmaq məqsədilə ələ keçirib, Rusiya isə Krımı Ukraynadan ona heç bir təhlükə olmadığı halda işğal edib.

“Bir-birindən fərqli başqa vəziyyəti təsəvvür etmək çətindir” –deyə, Pompeo İsralin Qolan yüksəkliklərini ələ keçirmək və Rusiyanın Krım ilhaq etməsi arasında fərqləri izah etməyə çalışarkən bildirib.

Qolan yüksəklikləri
Qolan yüksəklikləri

​Pompeonun sözlərinə görə, Qolan yüksəklikləri “hücuma məruz qaldıqdan” sonra İsrailin bir hissəsi olub.

“İsrail müdafiə olunurdu, onun mövcudluğu təhlükə qarşısında idi”, Pompeo bildirib. Dövlət katibi Qolan yüksəkliklərinin ələ keçirilməsinin Suriya rejimindən “müdafiə olunmaq” üçün zəruri olduğunu deyib.

“Rusiya müdafiə olunmurdu. Rusiya ona təhlükə törətməyən xalqın ərazisini işğal etmək üçün məqam tapıb”, Pompeo bildirib.

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıyan fərmanın imzalanması mərasimi zamanı, 25 mart, 2019.
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıyan fərmanın imzalanması mərasimi zamanı, 25 mart, 2019.

ABŞ prezidenti Donald Tramp martın 25-də İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıyan fərman imzalayıb. Avropa İttifaqı, Ərəb Liqası, Türkiyə, Suriya, İran, Rusiya və başqa ölkələr ABŞ prezidentinin qərarını qınayıb.

Qolan yüksəklikləri 1967-ci ildə altı günlük müharibə zamanı İsrail tərəfindən ələ keçirilib və o zamandan bəri İsrailin nəzarəti altındadır.

ABŞ prezidenti martın 21-də Birləşmiş Ştatların İsrailin Qolan yüksəklikləri üzərinə suverenliyini tanıdığını özünün Twitter səhifəsindəki mesajında paylaşıb.

“52 ildən sonra Birləşmiş Ştatlar İsrailin İsrail dövləti və regional sabitlik üçün strateji və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malik Qolan yüksəklikləri üzərində tam suverenliyini tanıyır“ – deyə, Tramp mesajında bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG