Accessibility links

Pompeo: Rusiya dünyanın bir çox yerlərində ABŞ-ın maraqlarına qarşı işləyir


ABŞ Dövlət katibi Maykl Pompeo
ABŞ Dövlət katibi Maykl Pompeo

ABŞ Dövlət katibi Maykl Pompeo Rusiyanın Amerikanın Ukrayna, Suriya və dünyanın başqa “qaynar nöqtələrində” maraqlarına qarşı işlədiyini deyib. Pompeo bu açıqlamaları Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyasının açılışından öncə NBC tele-kanalına müsahibəsi zamanı verib.

Bazar günü yayımlanan müsahibə zamanı Pompeo Tramp adminstrasiyasının Rusiyanın dünyada sabitliyin pozulmasına yönəlmiş fəaliyyətlərinin qarşısını almağa hələlik nail ola bilmədiyini etiraf edib. Onun bildirdiyinə görə, Rusiya Suriyada Bəşar Əsədi dəstəkləyir, Krımı işğal edib və ABŞ-ın birbaşa maraqları ilə ziddiyyət təşkil edən bir sıra başqa addımlar atıb.

Proqramın aparıcısı Rusiyanın xarici siyasət sahəsində heç bir istiqamətdə yardım göstərmədiyini söylədikdə Maykl Pompeo bununla razılaşıb. O, Rusiya ilə xarici siyasət sahəsində ümumi maraqların olduğu halda, ümumi dəyərlərin bölüşülmədiyini qeyd edib.

“Bu, düzgün qiymətdir, bu da təəssüf doğurur, çünki ümumi maraqlarımızın olduğu sahələr var. Mən onlarla terrorizmə qarşı mübarizə problemləri ilə bağlı yaxın kontaktda olmuşam. Dünyada bizim maraqlarımızın üst-üstə düşdüyü bir çox başqa yerlər var, amma bunu dəyərlər haqda demək olmaz”, Pompeo bildirib.

“Onlar bizdən bu mənada çox fərqlənir. Onlar Ukraynada, Suriyada yardım göstərmir. Rusiyanın bütün dünyada zərərli fəaliyyətlərinə qarşı cəhdlərə gəldikdə isə, prezident münasibətlərin yaxşılaşdırılmasına və vəziyyətin dəyişdirilməsinə çalışıb, lakin hələlik biz buna nail ola bilməmişik”,-deyə, Pompeo sözünə davam edib.

XS
SM
MD
LG