Accessibility links

Pompeo Rusiyanı hərbi qüvvəsini Venesueladan çıxmağa çağırıb


ABŞ dövlət katibi Mayk Pompeo rusiyalı həmkarlarına xəbərdarlıq edib ki, ABŞ Rusiyanın Venesuelada siyasi gərginlik yaratmasını kənardan tamaşa etməyəcək.

Dövlət Departamenti xəbər verir ki, Pompeo bazar ertəsi Rusiya xarici işlər naziri Sergey Lavrova telefonla bildirib ki, Rusiyanın Maduro rejiminə hərbi dəstək göstərməsi böyük əksəriyyətlə müvəqqəti prezident Huan Quaydonu dəstəkləyən Venesuela xalqının iztirabının uzanmasına səbəb ola bilər.

Venesuela və Rusiya mətbuatı məlumat verib ki, iki Rusiya hərbi təyyarəsi bazar ertəsi Venesuelaya Rusiya müdafiə rəsmiləri və təxminən 100 hərbi qüvvə və avadanlığı apardıqdan sonra Moskvaya dönüb.

Dövlət katibi Rusiyanı qeyri-konstruktiv rəftarını dayandırmağa və Venesuela xalqının daha firavan gələcəyini fikirləşən əksər qərb yarımkürəsi ölkələrinə qoşulmağa çağırıb.

Bu arada bazar ertəsi Pentaqon ilk dəfə Sakit okean üzərində raketəleyhinə sistemini sınaqdan çıxarıb. Kaliforniyanın cənubunda keçirilən sınaq zamanı yerın altından iki raket buraxılıb.

Hava Qüvvələri rəsmisi, general-leytenant Samuel Qreves deyib ki, sistem tamamilə özünü doğruldub. O, sınağın nəticəsinin real təhlükənin qarşısını almaq üçün etibarlı olduğunu nümayiş etdirdiyini bildirib.

XS
SM
MD
LG