Accessibility links

Pompeo: Rusiya razılığın şərtlərinə riayət etməsə, ABŞ mühüm nüvə sazişindən çıxa bilər


ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Rusiya şərtlərə əməl etməsə, Birləşmiş Ştatlar soyuq müharibə dövrünə aid mühüm nüvə sazişindən çıxa bilər.

Pompeo bu açıqlamaları Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra verib.

O deyib ki, Birləşmiş Ştatlar 60 gündən sonra Rusiya tərəfindən pozuntularla əlaqədar 1987-ci ildə imzalanmış Orta Mənzilli Raketlərin İxtisarına dair Müqavilədən altı ay müddət ərzində çıxmaq prosesinə başlayacaq.

Rusiya mühüm nüvə paktının şərtlərini pozduğunu inkar edir.

Pompeo deyib ki, Rusiya “SSC-8 raketlərindən ibarət bir neçə batalyon” inkişaf etdirib. Bununla ABŞ dövlət katibi yer tipli orta mənzilli qanadlı raketləri nəzərdə tutub.

Onun sözlərinə görə, bu raketlərin “qət edə bildiyi məsafə” Avropa üçün təhlükə təşkil edir.

Arxiv fotosu - ABŞ-ın keçmiş prezidenti Ronalaq Reyqan və sovet lideri Mixail Qorbaçov Vaşinqtonda ort mənzilli raketlərin ixtisarına dair müqavilənin imzaladıqdan sonra bir-biri ilə qələmlərini dəyişir, 8 dekabr, 1987.
Arxiv fotosu - ABŞ-ın keçmiş prezidenti Ronalaq Reyqan və sovet lideri Mixail Qorbaçov Vaşinqtonda ort mənzilli raketlərin ixtisarına dair müqavilənin imzaladıqdan sonra bir-biri ilə qələmlərini dəyişir, 8 dekabr, 1987.

ABŞ öz müttəffiqləri ilə bu raketlərin Rusiyaya əvvəlcədən xəbərdarlıq etmədən Avropada nüvə hücumu keçirə bilmək imkanı verdiyi haqda dəlilləri bölüşüb.

NATO müttəfiqləri Rusiyanın müqaviləni pozduğu haqda nəticə çıxardıqlarını bildirib və Moskvanı dərhal müqavilənin şərtlərinə əməl etməyə çağırıb.

“Müqaviləyə riayət edilməsi Rusiyadan asılıdır”, xarici işlər nazirləri bildiriblər.

ABŞ prezidenti Donald Tramp bundan öncə yer tipli ortamənzilli qanadlı raketlərin qadağan edildiyi müqavilədən çıxmaqla hədələyib.

Pompeo Tramp administrasiyasının Rusiya tərəfindən mövqedə dəyişikliyi alqışlayacağını deyib, lakin Moskvanın müqavilənin şərtlərinə əməl etməsinə dair heç bir işarənin olmadığını əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG