Accessibility links

Pompeo təhlükəsizlik və iqtisadi məsələləri müzakirə etmək üçün Fransadadır


ABŞ dövlət katibi Mayk Pompeo prezident Emmanuel Makron və digər liderlərlə iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bazar ertəsi Fransaya səfər edib.

Yüksək səviyyəli ABŞ diplomat Parisdə terror qurbanlarının xatirə memorialı üzərinə əklil qoyulması mərasimində də iştirak edib.

Dövlət Departamentinin bildirdiyinə görə, Pompeonun bazar ertəsi Makronla və xarici işlər naziri Jan İv Le Drianla görüşü zamanı müzakirə edəcəyi məsələlər arasında terrorizmlə mübarizə və qlobal təhlükələr də yer alır.

Pompeo bir neçə ölkəyə turu zamanı Yunan pravoslav xristianlarının ruhani lideri Patriarxı I Bartolomeylə görüşmək üçün Türkiyəyə də səfər edəcək.

ABŞ dövlət katibinin həmçinin Gürcüstana, sonra isə baş nazir Benyamin Netanyahu ilə Birləşmiş Ştatların vasitəçiliyi ilə İsrailin Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin normallaşdırılması barədə razılaşmalarını müzakirə etmək üçün İsrailə səfərləri planlaşdırılıb.

Diplomatlar Bəhreynin xarici işlər naziri Əbdullətif Əl-Zəyaninin Pompeo və Netanyahu ilə üçtərəfli görüşə qatılmq niyyətində olduğunu bildirib.

Pompeo turunun digər dayanacaqları Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanıdır.

İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında razılaşma ilk olaraq 13 avqust tarixində əldə edilib. Daha sonra Bəhreyn Yəhudi dövlətini rəsmi olaraq tanıyacağını elan edib.

XS
SM
MD
LG