Accessibility links

ABŞ dövlət katibi Ər-Riyada gedib


Dövlət katibi Mayk Pompeo Yaxın Şərqdə gərginliyin artdığı bir vaxt Ər-Riyada gedib. Gündəmdəki məsələlər arasında İranla münasibətlər, Tramp administrasiyasının Yaxın Şərqlə bağlı sülh planı, Yəməndə davam edən müharibə və insan haqları mövzuları yer alacaq. Görüşlər hər iki ölkənin regional məsələlərə və ikitərəfli əlaqələrə yenidən baxdıqları bir vaxta təsadüf edir.

Çərşənbə günü Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Vaşinqtondakı rəsmilərin İranla danışıqıara "hər an" hazır olduqlarını, lakin İranın davranışını "əsaslı şəkildə dəyişməsinin" gərək olduğunu deyib və ona qarşı maksimum təzyiq kampaniyasının davam edəcəyini bildirib.

“Biz tələsmirik, təzyiq kampaniyası davam edir. Bu, sadəcə iqtisadi təzyiq kampaniyası deyil, həm də diplomatiyanın təcrididir " - deyə, Pompeo Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl Efiopiyanın paytaxtı Əddis Abebada jurnalistlərə bildirib.

XS
SM
MD
LG