Accessibility links

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanının kralı ilə görüşüb


ABŞ dövlət katibi Mayk Pompeo iyunun 24-də Ciddə şəhərində Səudiyyə Ərəbistanının kralı Salmanla görüşü zamanı regionda getdikcə artan gərginliyi müzakirə edib.

Pompeo deyib ki, onlar habelə Fars körfəzində neft tankerlərinə hücumların ardınca Hörmüz boğazında dəniz təhlükəsizliyinin möhkəmləndirilməsi məsələsini müzakirə ediblər. ABŞ bu hücumlara görə İranı ittiham edir. Tehran bu ittihamları qəbul etmir.

Pompeo Twitter-də yazıb ki, “naviqasiya azadlığı son dərəcə mühüm məsələdir”.

Pompeo İrana qarşı “qlobal koalisiya” yaratmaq istədiyini deyib. O, ABŞ-ın Fars körfəzində müttəfiqləri olan Səudiyyə Ərəbistanından sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşəcək.

Pompeo iyunun 23-də Vaşinqtonu tərk etməzdən öncə jurnalistlərə deyib ki, müttəfiqlərlə “strateji baxımdan birləşməyi, qlobal koalisiyanı necə yaratmağı” müzakirə edəcək.

Dövlət katibi Prezident Donald Trampın daha öncə dediklərini bir daha dilə gətirib, Vaşinqtonun Tehranla ilkin şərtsiz danışıqlara hazır olduğunu deyib.

Tramp ötən il ölkəsinin İranla 2015-ci il nüvə sazişindən çıxdığını, İrana iqtisadi sanksiyaların bərpa olunduğunu açıqlayıb. Tramp sazişin İranın nüvə silahlarını hazırlamasını tam əhatələmədiyini, onun Yaxın Şərqdə “ziyanlı” fəaliyyətinə son qoymadığını deyib.

İran isə yaraqlıların fəaliyyətini dəstəkləmədiyini, nüvə proqramının sırf dinc məqsədli olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG