Accessibility links

Seul Pompeonun Şimali Koreya səfərinin təxirə salınmasından məyusdur


ABŞ dövlət katibi Mayk Pompeo və Cənubi Koreyanın xarici işlər naziri Kanq Kyunq-va
ABŞ dövlət katibi Mayk Pompeo və Cənubi Koreyanın xarici işlər naziri Kanq Kyunq-va

Cənubi Koreya ABŞ-ın dövlət katibinin Şimali Koreyaya səfərinin təxirə salmasını qərarından məyus olduğunu bildirsə də, müttəfiqlərin nüvəsizləşdirmədə əhəmiyyətli tərəqqiyə nail olmasına çalışmasının vacib olduğunu deyir.

Seulda Xarici İşlər Nazirliyinin bəyanatı prezident Donald Trampın Şimali Koreya ilə nüvəsizləşdirmə danışıqlarında irəliləyişin olmaması səbəbilə dövlət katibi Mayk Pompeonun səfərini təxirə salması qərarından bir neçə saat sonra verilib.

Tramp həmçinin, Şimali Koreanın nüvə silahları və raketlərindən imtina etməsi məqsədilə ABŞ-ın rəhbərlik etdiyi diplomatik səylərə yardım etməli olan Çini tənqid edib.

Nazirlik bildirir ki, Cənubi Koreyanın xarici işlər naziri Kanq Kyunq-va Pompeo ilə telefonla danışaraq, birgə səylər nəticəsində dialoqun davam etdirilməsinə öhdəliklərini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG