Accessibility links

Pompeo: Tramp Əfqanıstanda ABŞ əsgərlərinin sayının gələn seçkilərə qədər azaldılmasını istəyir


ABŞ hərbi qüvvələrinin əsgərləri Əfqanıstanda Loqar hərbi bazasında
ABŞ hərbi qüvvələrinin əsgərləri Əfqanıstanda Loqar hərbi bazasında

Prezident Donald Tramp Əfqanıstanda ABŞ hərbi qüvvələrinin sayının Birləşmiş Ştatlarda gələn il prezident seçkilərinə qədər azaldılmasını istəyir. Dövlət katibi Mayk Pompeo bunu Vaşinqtonda hərbi qüvvələrin sayının azaldılması ilə bağlı artan təzyiqləri şəhr edərkən bildirib.

Trampın 2017-ci ilin avqustunda açıqladığı Cənubi Asiya strategiyasında Talibanı Kabil hökuməti ilə 18 ildir davam edən müharibəyə son qoymaq üçün sülh danışıqlarına məcbur etmək məqsədilə ABŞ hərbi qüvvələrinin ölkədə mövcudluğu məsələsi qeyri-müəyyən müddət üçün nəzərdə tutulurdu.

ABŞ dövlət katibi Mayk Pompeo
ABŞ dövlət katibi Mayk Pompeo

Lakin Pompeonun açıqlamaları Talibanla sülh danışıqlarının keçən il başlamasından sonra siyasətdə baş verən dəyişikliklərdən xəbər verir.

“Biz ümid edirik ki, regoinda hərbi qüvvələrə ehtiyac azalacaq” – deyə, Pompeo prezident Trampa istinad edərək bildirib.

Hərbi qüvvələrin sayının azaldılması üçün müddətin açıqlanması Trampın Vaşinqtonun dəstəklədiyi Kabil hökumətinin narahatlıqlarına baxmayaraq, Talibanla ABŞ hərbi qüvvələrinin bir hissəsinin Birləşmiş Ştatlarda prezident seçkilərində səsverməyə qədər çıxarılmasına imkan verəcək hər hansı bir razılığa hazır olduğuna dair ehtimalları gücləndirir.

Talibanın Dohada aparılan danışıqlarda nümaəyəndə heyətinin üzvləri
Talibanın Dohada aparılan danışıqlarda nümaəyəndə heyətinin üzvləri

Pompeonun bu açıqlamaları Əfqanıstanın özündə sentyabr ayında prezident seçkilərinə hazırlıqların getdiyi və Birləşmş Ştatların üsyançılarla danışıqların növbəti raunduna hazırlaşdığı həssas bir vaxtda verilir.

ABŞ Dövlət Departamenti keçən həftənin cümə günü Pompeo və Əfqanıstan prezidenti Əşrəf Qaninin telefon söhbəti zamanı müharibəyə son qoyulması üçün “səylərin artırılması” və Birləşmiş Ştatların hərbi qüvvələrin “şəraitə uyğun olaraq” çıxarılması işinə sadiqliyi məsələlərində razılaşdıqlarını bildirib.

Pompeo Talibanla 18 ildir davam edən müharibəyə son qoyulması üçün danışıqlarla bağlı nikbinliyini ifadə edib.

Vaşinqton hərbi qüvvələrin Taliban tərəfindən təhlükəsizlik qarantiyaları, xüsusilə də ölkənin xarici terror qrupları üçün sığınacağa çevrilməyəcəyinə dair təəhhüdlərin verilməsi şərti ilə xarici hərbi qüvvələrin çıxarılmasını nəzərdə tutan razılaşma əldə etmək istəyir.

Hazırda ABŞ və NATO koalisiya qüvvələrinin Əfqanıstanda 20 mindən çox əsgəri qüvvəsi Əfqanıstan hərbi qüvvələrinə təlim vermək missiyasını yerinə yetirir. Əfqanıstan hərbi qüvvələri hələ də əks-terror əməliyyatlarında ABŞ-ın havadan dəstəyinə ciddi ehtiyac duyur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG