Birləşmiş Ştatlar Almaniyanın Berlin divarının sökülməsinin 30 illiyini qeyd etməyə hazırlaşdığı vaxt Avropada əsas müttəfiqlərindən birinə Rusiya tərəfindən artan təhlükələrlə barədə xəbərdarlıq edir.
ABŞ Dövlət Katibi Mayk Pompeo çərşənbə günü Berlin divarının sökülməsinin 30 illiyinin qeyd edilməsi və Amerika rəsmilərinin bildirdiyinə görə, translantik əməkdaşlığın gücləndirilməsinin davam etdirilməsinin vacibliyini vurğulamaq üçün Almaniyaya yola düşüb.
Bir zamanlar Almaniyada gənc zabit kimi xidmət etmiş Dövlət Katibi Pompeo Soyuq müharibənin sona çatması münasibətilə Berlin, Leypsiq və digər şəhərlərdə keçiriləcək tədbirlərdə iştirak edərək.
Berlində Pompeo Almaniya kansleri Angela Merkellə görüşdə qarşılıqlı əməkdaşlıq və narahatlıq doğuran məsələləri müzakirə edəcək.
ABŞ-ın baş diplomatının Almaniya liderləri ilə görüşləri Danimarkanın Rusiya və Almaniyanı birləşdirəcək Şimal Axını 2 adı ilə tanınan təbii qaz kəməri ilə bağlı sonuncu hüquqi maneəni aradan qaldırmasından sonraya təsadüf edəcək.
Dövlət Departamentinin yüksək səviyyəli bir rəsmisinin bildirdiyinə görə, Birləşmiş Ştatlar Avropa tərəfdaşlarının “enerji təhlükəsizliyinə” görə narahat olduğunu ifadə edərək, Şimal Axını 2-ni Rusiya üçün “əsas siyasi vasitə” və “tamamilə kommersial bir layihə adlandırıb.
“Biz öz narahatlıqlarımızı davamlı olaraq bildirmişik. Biz bunu Rusiyanın geo-siyasi proqramını irəlilətmək üçün enerjidən istifadə etmək məqsədilə işlətdiyi bir vasitə olaraq görürük” – deyə, o, Amerikanın Səsinə bildirib.
Rəsmi nümayəndə Şimal Axını 2-nin “Avropa ölkələri və bizim müttəfiqlərimizi daha çox bir ölkədən enerji mənbələrindən asılı edərək", enerji təhlükəsizliyi prioritetlərini təhlükə altına aldığını əlavə edib.
Almaniya ölkə daxilində çox az enerji istehsal etdiyinə görə Avropanın ən böyük təbii qaz istehlakçısıdır və xaricdən ixracatdan güclü asılıdır. Almaniya rəsmiləri Birləşmiş Ştatların təhlükəsizilk və geo-siyasətlə bağlı narahatlıqlarının əhəmiyyətini azaltmağa çalışır.