Accessibility links

Pompeo Vatikanı Pekinlə münasibətləri yenidən nəzərdən keçirməyə çağırıb


ABŞ dövlət katibi Mayk Pompeo Çində təqib olunan dini azlıqların tərəfini saxlayacağına söz verib və Vatikanı Pekinlə müqaviləni yeniləmək məsələsini bir daha nəzərdən keçirməyə çağırıb.

"Bu gün dini azadlıq dünyanın heç bir yerində Çindəki qədər təqiblərə məruz qalmır. Əlbətdə ki, katoliklər də bu repressiya dalğasından xilas ola bilmir" - deyə, İtaliyanın Roma şəhərində səfərdə olan Pompeo bildirib.

Pompeonun son açıqlaması Vatikanla Çinin yepiskoposların namizədliyinə dair 2018-ci ilin mübahisəli müqaviləsini yeniləmək üçün danışıqlar apardığı vaxta təsadüf edir. Lakin müqavilənin şərtləri açıqlanmayıb.

Milli dövlətlərin din azadlığının müdafiəsinə dünya siyasətinin reallıqlarının mane olduğunu deyən Pompeo Vatikanı planlaşdırılan yeniləməni təxirə salmağa çağırıb.

Çərşənbə günü ABŞ-ın Vatikandakı səfirliyi "Dini azadlıqların beynəlxalq diplomatiya yolu ilə inkişafı və qorunması" mövzusunda simpoziuma ev sahibliyi edib. Simpoziuymda Vatikanın dövlət katibi, kardinal Piyetro Parolin və arxiyepiskop Pol Qallager də iştirak edib.

Baş katibin Roma Papası ilə görüşü nəzərdə tutulmur.

Pompeo Roma Papası ilə keçən ilin oktyabr ayında görüşmüşdü.

Şərhlərə bax

XS
SM
MD
LG