Accessibility links

Pompeo: Venesuelalılar Rusiya tərəfindən idarə olunmaq istəmir


ABŞ dövlət katibi Mayk Pompeo Amerikanın Səsinin Latın Amerikası bölməsinin müxbiri Qezel Tobiasa müsahibə verir, 13 aprel, 2019.
ABŞ dövlət katibi Mayk Pompeo Amerikanın Səsinin Latın Amerikası bölməsinin müxbiri Qezel Tobiasa müsahibə verir, 13 aprel, 2019.

Cənubi Amerika ölkələrinə səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo Amerikanın Səsinə müsahibəsində Birləşmiş ŞtatlarınVenesuelada hazırkı böhranla bağlı siyasətini açıqlayıb. Pompeo Maduronun qələbə çaldığını iddia etdiyi seçkiləri “saxta” adlandırıb və 54 ölkənin müxalifət lideri Xuan Quaydonu ölkənin həqiqi prezidenti kimi tanıdığını qeyd edib.

Pompeo deyib ki, Nikolas Maduronun hakimiyyətdə qalmaq üçün göstərdiyi səylərə baxmayaraq, Venesula xalqı öz rəyini bildirib və bununla hesablaşmaq lazımdır.

“Maduro və onun əlaltıları bu ölkəni məhv ediblər...Buna görə də venesuelalılar onu yenidən hakimiyyətdə görmək istəmir. Onlar Veneuelada həqiqi demokratiya və tərəqqi naminə səlahiyyətləri Milli Assambleyaya...və Xuan Quaydoya həvalə ediblər. Bu, tarixən çox zəngin ölkədir, burada yaşayan insanlar çox və inadla işləməyə hazırdır...Onlara korrupsiya ilə mübarizə aparan, hakimiyyəti kubalılara təhvil verməyən, ya da Rusiyanın müdaxiləsini tələb etməyən lider lazımdır”, Pompeo bildirib.

“O bütün hakimiyyətini kubalılar və ruslara təhvil verib” - deyə, ABŞ dövlət katibi Maduronun Rusiya və Kubanın resurslarından istifadə etməsini tənqid edərək əlavə edib.

Birləşmiş Ştatların Venesuela böhranının həllində yeni strategiyasından danışan Pompeo qeyd edib ki, məsələ təkcə Amerikanın strategiyası deyil, həm də “Venesuela xalqının strategiyasındadır”. Onun sözlərinə görə, bu strategiyanı ölkə daxilindəki bütün müxalif qüvvələr bölüşür. Bu da ondan ibarətdir ki, venesuelılar Maduro rejiminin legitimliyini qəbul etmir və parlamentə ölkəni böhrandan çıxarmaq üçün səlahiyyətlər verib.

ABŞ dövlət katibi İranın Latın Amerikasında mövcudluğu ilə bağlı sualı da cavablandırıb. “Heç bir şübhə yoxdur. Hizbullahı dəstəkləmək üçün, transmilli cinayətkar təşkilatlar, region boyu terrorizm səylərini dəstəkləmək üçün İranın pulları Latın Amerikasında qalmaqdadır”, o bildirib.

“Biz İranı olduğu kimi görürük: dünyada terroru dəstəkləyən ən böyük ölkə kimi. Bu, qlobal təhlükədir” – deyə, Pompeo əlavə edib.

ABŞ dövlət katibi bildirib ki, Maduronun zəifliyi “onun nəticədə getməsinə gətirib çıxaracaq” və bunun sayəsində “Venesuelada demokratiya və tərəqqi bərpa olunacaq”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG