Accessibility links

Pompeo Venesuelanın müxalifət liderinə beynəlxalq dəstəyə çağırır


Mayk Pompeo
Mayk Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo beynəlxalq ictimaiyyəti Venesuela xalqını dəstəkləməyə və prezident Nikolas Maduroya qarşı çıxan müxalifət lideri Xuan Quaydonun müvəqqətini hökümətini dəstəkləməyə çağırıb.

“İndi hər bir xalqın tərəf seçmək vaxtıdır” -deyə, Pompeo şənbə günü səhər BMT-nin Təhlükəsizlik Şurasının iclasında söyləyib. “Artıq gecikmə və oyunlar olmamalıdır. Siz ya azadlıq qüvvələrinin tərəfində olmalısınız ya da Maduro və onun yaratdığı hərc-mərcliyin tərəfində”, o əlavə edib.

Xuan Quaydo tərəfdarları önündə çıxış edir
Xuan Quaydo tərəfdarları önündə çıxış edir

Bir neçə Avropa höküməti, o cümlədən Britaniy, İspaniya, Almaniya və Fransa şənbə günü bildirib ki, səkkiz gün ərzində seçki keçirilməsə onlar Quaydonu president kimi tanıyacaq.

BMT-nin Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə ABŞ çağırıb. Pomeonu onun Venesuelaya yeni təyin etdiyi xüsusi nümayəndəsi Elliot Abrams müşayiət edib.

Pompeo Maduro rejimini “qanunsuz mafia dövləti”adlandırıb və onu dəstəklədiklərinə görə, Rusiya, Çin, İran və Kuba kimi ölkələri tənqid edib.

İndi hər bir xalqın tərəf seçmək vaxtıdır. Siz ya azadlıq qüvvələrinin tərəfində olmalısınız ya da Maduro və onun yaratdığı hərc-mərcliyin tərəfində”
Mayk Pompeo

Rusiyanın nümayəndəsi Vasili Nebenzya isə cavab olaraq bildirib ki, rejim dəyişikliyi “Birləşmiş Ştatların sevimli deo-siyasi oyundur”və birbaşa Pompeodan Tramp administrasiyasının Venesuelaya hərbi müdaxilə etməyi nəzərdən keçirib-keçirmədiyini soruşub.

Pompeo iclas zamanı bu suala cavab verməyib, iclasdan sonra da müxbirin eyni sualına cavab olaraq ABŞ-ın növbəti addımı ilə bağlı spekulyasiya etməyəcəyini söyləyib.

Venesuelada 2018-ci ilin mayın 20-də president seçkisi keçirilib. Bir çox seçisi seçkini boykot edib və səsvermənin azad və ədalətli keçirilmədiyini bildirib. Bir neçə müxalifət üzvünün seçkidə iştirak etməsinin qarşısı alınıb. Həmin seçkidə Maduro səslərin 70 faizini alaraq qalib gəlib, lakin seçki nəticələ həm ölkə daxilində həm də xaricə sual altına qoyulub. O, yanvarın 10-da ikinci dəfə altı illik prezidentlik vəzifəsinin icrasına başlayıb.

Yanvarın 23-də müxalifətin nəzarət etdiyi demokratik yolla seçilən Milli Assambleya Maduronun hakimiyyətini qanunsuz elan edib. Milli Assambleyanın lideri Quaydokonstitusiya müddəalarını işə salaraq, yeni seçkilər keçirilənədək özünü müvəqqəti prezident elan edib.

Maduro Vaşinqtonu çevriliş təşviq etməkdə günahlandırıb və ABŞ diplomatlarına ölkəni tərk etmələrini söyləyib. Onun xarici işlər naziri Nyu Yorkda Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

Nazir Horhe Arreaza şuraya bildirib ki, Vaşinqtonun müdaxiləsi, eləcə də dövlət katibi Mayk Pompeo və vitse-prezident Mayk Pensin müxalifətə dəstək məqsədi daşıyan və təhlükəsizlik qüvvələrini Madurodan üz döndərməyə çağıran tvitlərinə baxmayaraq, onun höküməti Vaşinqtonla danışıqlar aparmağa razıdır.

Nikolas Maduro
Nikolas Maduro

O, həmçinin avropalıların səkkiz günlük möhlətlərinə əhəmiyyət verməyib.

“Avropa bizə səkkiz gün verir? Sizə suveren xalqa ultimatum vermək və ya son möhlət tarixi təyin etmək haqqını kim tanıyır?”- o sual edib.

Yeddi Latın Amerika ölkəsi də iclasa nümayəndə göndərib.

Təhlükəsizlik Şurasının üzvü olan Peru zorakılıq və humanitar bphrandan qaçan 3 milyon venesuelalının axınından birbaşa təsir görüb. Peruya 700 min qaçqın gəlib.

Avropa bizə səkkiz gün verir? Sizə suveren xalqa ultimatum göndərmək və ya son möhlət tarixi təyin etmək haqqını kim tanıyır?
Horhe Arreaza

1 milyona yaxın venesuelalını qəbul edən Kolumbiya xarici işlər nazirini yollayıb.

Karlos Truhillo şuranı ölkəsinə qaçqın böhranı məsələsini həll etməyə və Venesuelaya humanitar yardımın çatdırılmasına yardım etməyə çağırıb. O həmçinin şuranı müxalifət lideri Quaydo və milli assambleyanın üzvlərini müdafiə etməyə, eləcə də yeni azad və ədalətli seçkilərin keçirilməsinə çağırıb.

Lakin Boliviya və Kuba kimi digər Latın Amerikası ölkələri Maduroya dəstəklərini bildirmək üçün iclasda iştirak edib.

Birləşmiş Millətlər Təşkilatının siyasi məsələlər üzrə sədri Rozmari DiKarlo şura üzlvlərinə xəbərdarlıq edib ki, bu vəziyyət “ciddi narahatlıq mənbəyidir”.

Cümə günü BMT-nin insan haqları idarəsinin sədri Mişel Başele Venesuelada siyasi gərginliyi yatırmaq üçün danışıqlara çağırıb və “vəziyyətin sürətli şəkildə nəzarətdən çıxararaq fəlakətli nəticələ səbəb ola biləcəyini söyləyib”.

XS
SM
MD
LG