Accessibility links

ABŞ dövlət katibi Yaxın Şərqdə səfərdədir


Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Yaxın Şərqdə regional təhlükəsizliyə dair danışıqlar məqsədi ilə Küveyt, İsrail və Livanda olacaq. Belə ki, Vaşinqton İranın təcavüzünə qarşı yeni dəstək almaq istəyir.

Küveyt şəhərinə bu gün çatan Birləşmiş Ştatların yüksək səviyyəli diplomatı Küveyt rəsmiləri ilə ABŞ-ın bölgədəki strateji planları və enerji məsələlərini müzakirə etməyi planlaşdırdığını deyib.

Küveytdən sonra Pompeo İsrailə gedəcək. Orada o, rüşvət və fırıldaqçılıq ittihamları ilə istintaqa cəlb edilən Benyamin Netanyahu ilə görüşməlidir.

Pompeo Yaxın Şərqdəki üçüncü dayanacağının Beyrut olacağını deyib. “Biz Livan hökuməti ilə İran və Hizbullahın təhükəsindən qurtarmağın yollarını müzakirə edəcəyik" - deyə, ABŞ dövlət katibi bildirib.

XS
SM
MD
LG