Accessibility links

Roma Papası Fransis vəzifəyə gəlməsinin 10 illiyini qeyd edib


Roma Papası Fransis Roma Katolik Kilsəsinin rəhbəri vəzifəsinə gəlməsinin 10 illiyini seçildiyi gündən bəri yaşadığı Vatikanın Santa Marta kilsəsinin mehmanxanasındakı kapellada bazar ertəsi kardinallarla birlikdə qeyd edib.

Argentinada anadan olmuş 86 yaşlı Fransis altı əsrdən sonra ilk dəfə istefa verən XVI Benediktdən sonra 2013-cü il martın 13-də ilk latın amerikalı Papa olub.

"Elə bil dünən idi. Vaxt uçur. Bu gün toplaşanda artıq sabah olur" -deyə, Papa bazar ertəsi "Vatikan Xəbərləri"nin podkastına bildirib.

Roma Papası bazar ertəsi keçirilən mərasimə onunla birlikdə Romada olan bütün kardinalları dəvət edib.

Davamlı olaraq diz xəstəliyi Frensisi əsa və əlil arabasında gəzməyə məcbur etsə də, onun ümumi sağlıq durumu yaxşıdır.

Keçən ilin may ayında ilk dəfə ictimai yerlərdə vaxtaşırı əlil arabasından istifadə etməyə başladıqdan sonra o, köməkçisinə " kilsəni dizinizlə deyil, başınızla idarə edirsiniz" deyib.

10 ildir Roma Katolik Kilsəsinin rəhbəri olan Fransis orta hesabla 7,5 il bu vəzifədə olan öncəki 265 Roma Papasından daha uzun müddət Vatikandadır. O, təxminən 410000 kilometr məsafə qət edərək, 60 dövlət və əraziyə səfər edib.

XS
SM
MD
LG