Accessibility links

Papa Fransis xəstəxanadan evə buraxılıb


Papa Fransis.
Papa Fransis.

Papa Fransis bir həftə öncə qarında yırtıq səbəbilə əməliyyat olandan sonra Romadakı xəstəxanadn evə buraxılıb.

Fransis Gemelli Xəstəxanasını əlil arabasında tərk edib. Özünü necə hiss etdiyi ilə bağlı sullara isə o, “hələ ki, sağ” deyə cavam verib.

Cümə günü Vatikana gedən Papa Fransis maşından çıxandan sonra onu müşayiət edən İtaliya polisinə tək-tək təşəkkürünü bildirib.

86 yaşlı papa vəzifəsinə seçiləndən sonra omba problemləri, diz ağrısı, çəki artımı, qalıq bağırsar iltihab və tənəffüs yolu infeksiyası kimi bir sıra xəstəliklərdən əziyyət çəkib.

Fransis sağlamlığı pisləşsə, papalıqdan getməyi nəzərdən keçirəcəyini desə də, bu yaxınlarda vəzifəsini tərk etmək planlarının olmadığını açıqlayıb.

XS
SM
MD
LG