Accessibility links

Roma Papası Benedikt Meksikaya səfər edib


Roma Papası Benedikt Latın Amerikası ölkələrinə beş gün sürəcək səfəri çərçivəsində Meksikaya gəlib. Papa 16-cı Benedikt Meksikanın mərkəzində yerləşən Leon şəhərindəki Miraflores kollecində özəl dua mərasimi keçirib.

Şənbə günü axşam Roma Papasının Meksika prezidenti Felipe Kalderonla görüşü planlaşdırılıb. Danışıqlardan sonra Roma Papası prezident iqamətgahının yerləşdiyi Quanahuato şəhərinin mərkəzində Sülh parkında uşaqların toplaşdığı tədbirə qatılacaq.Bazar günü pontiff Leon şəhərində kütləvi dua mərasimi keçirəcək.

Quanahuato hava limanında Roma Papasını minlərlə insan qarşılayıb. Hava limanından Leona qədər 32 kilometr yol boyu Roma Papasını salamlamaq üçün minlərlə insan küçələrə çıxıb.

Latın Amerikası turu zamanı Benedikt Kubaya da səfər edəcək.

XS
SM
MD
LG