Accessibility links

Populyar amerikalı yazar Cudit Krantz 91 yaşında vəfat edib


Seks, skandal və dəbdəbəli həyat haqda romanları ona qlobal şöhrət və sərvət gətirən populyar amerikalı müəllif Cudit Krantz 91 yaşında vəfat edib.

Onun oğlu, televiziya icraçısı Toni Krantz deyib ki, onun anası Los Ancelesdəki evində təbii səbəblərdən keçinib.

Onun “Scruples” adlı ilk romanı 1978-ci ildə dərc edilib və az qala dərhal ən çox satılan kitablar siyahısının ön sırasına qalxıb. Romana əsasən hətta populyar televiziya mini-seriaları da çəkilib.

Bundan sonra Cuditin “Princess Daisy”, “Mistral's Daughter” və “Lovers” adlı bir sıra digər kitabları da uğur qazanıb.

Onun kitabları imarətlər, yüksək moda, dəbdəbəli həyat tərzi və seksual həyat haqda detalları ilə zəngindir.

Krantzın romanları 50-dən çox dilə tərcümə edilib və onun kitablarının 85 milyondan çox nüsxəsi satılıb.

XS
SM
MD
LG