Accessibility links

Poroşenko prezident debatına tək qatılıb


Rəqibi Volodimir Zelenski debatlara gəlməsə də, Ukrayna prezidenti Petro Poroşenko Kiyevin Olimpiyskiy stadionunda keçiriləcək prezident seçkiləri debatlarına qatılıb.

Həyat yoldaşı və uşaqları ilə birlikdə stadiona gələn Poroşenko minlərlə tərəfdaşını salamlayıb. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

Zelenski bu debatlara qatılmadığından o, boş podiumda tək çıxış edib.

"Mən video kliplərlə mübarizə etmək istəmirəm, virtual seçki kampaniyasının əleyhinəyəm. Namizədin və onun seçki agentinin kreativliyini üçün ancaq bir cür, debat yolu ilə azaltmaq olar. Gəlin, danışın, sualları cavablandırın. Vətəndaş və prezident kimi gizlənməyi sevmirəm. Prezident virtual deyil, real olmalıdır” Ukrayna prezidenti Petro Poroşenko deyib.

​Yenicə keçirilmiş müstəqil sorğunun nəticələri Zelenskinin növbəti həftə keçiriləcək ikinci mərhələdə üstünlüyə sahib olacağını göstərib.Zelenskiy bu ayın əvvəlində keçirilmiş prezident seçkilərinin birinci mərhələsində Poroşenkoya böyük fərqlə qalib gəlsə də, ikinci mərhələnin olmaması üçün yetərincə səs toplamayıb.

Kampaniya hər iki tərəfdən teatral səhnələrlə yadda qalıb. Hər iki namizəd narkotik və alkoqol testindən keçib.

XS
SM
MD
LG