Accessibility links

Poroşenko - Zelenski debatı: Poroşenko stadiona gəlib, Zelenski başqa vaxt təklif edib


Poroshenko Zelenskiy

Ukrayna prezidenti Petro Poroşenko rəqibi Vladimir Zelenskinin prezidentliyə namizədlər arasında debatların beş gün sonra keçirilməsinə razılıq verməsinə baxmayaraq, Kiyevdə debatlar üçün ayrılmış Olimpiya stadionuna tək gəlib.

Poroşenko aprelin 21-də prezident seçkilərinin ikinci turunda Zelenski ilə yarışır. Vladimir Zelenski bu ayın əvvəli seçkilərin birinci turunda böyük üstünlüklə irəli çıxıb. Rəy sorğuları onun final səsvermədə də üstünlük qazana biləcəyini proqnozlaşdırır.

Fransa prezidenti Emmanuel Makronla Parisdə Yelisey sarayında Ukrayna prezidenti Petro Poroşenkonu salamlayır, 12 aprel, 2019.
Fransa prezidenti Emmanuel Makronla Parisdə Yelisey sarayında Ukrayna prezidenti Petro Poroşenkonu salamlayır, 12 aprel, 2019.

Hər iki namizəd debatın keçirilməsinə razılıq versə də, onun fərqli tarixdə olmasını istəyib. Zelenski debatın aprelin 19-da, Poroşenko isə aprelin 14-də keçirilməsini istəyib.

Əgər Allah göstərməsin, o seçilsə, bu, Ukrayna xalqının seçimi olacaq və mən bu seçimə hörmət edəcəm.
Ukrayna prezidenti Petro Poroşenko

Poroşenko stadiona toplaşanlar qarşısında çıxışında Zelenskiyə müraciət edərək “Mən bilirəm, siz baxırsınız” deyib və sonra istehza ilə Zelenskinin prezident Emmanuel Makronla görüşmək üçün Parisə səfərdən sonra dincəlməyə ehtiyacı olduğunu əlavə edib.

Jurnalistlərdən birinin Zelenskinin qələbə çaldığı təqdirdə onunla əməkdaşlıq edib-etməyəcəyi haqda sualının cavabında Poroşenko deyib ki, “əgər Allah göstərməsin, o seçilsə, bu, Ukrayna xalqının seçimi olacaq və mən bu seçimə hörmət edəcəm.”

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski
Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski

Petro Poroşenko seçkilərin qarşıdan gələn ikinci turundan əvvəl beynəlxalq dəstək qazanmaq məqsədilə aprelin 12-də Berlinə və Parisə səfər edib.

Poroşenko Berlində Almaniya kansleri Angela Merkellə görüşüb. Merkel Almaniya ilə Ukrayna arasında son illərdə “çox yaxın münasibətlərin” qurulmasını təqdir edib.

Vladimir Zelenski Parisə səfər edərək, prezident Emmanuel Makronla görüşüb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG