Accessibility links

Poroşenko: Rusiya ilhaq edilmiş Krımı raketlər üçün start meydançasına çevirir


Ukrayna prezidenti Petro Poroşenko BMT-nin Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında Rusiyanın ilhaq edilmiş Krımı raketlər üçün start meydançasına çevirdiyini bildirib. Poroşenko yarımadanın ərazisində Rusiyanın 32.5 hərbçisinin və 50-dən çox reaktiv sisteminin yerləşdirildiyini deyib.

Ukrayna prezidentinin sözlərinə görə, Moskva artıq Krımda nüvə silahlarının tətbiqi üçün insfrastruktur yaradıb.

Poroşenko həmçinin Rusiyanın Ukraynaya münasibətdə aqressiv davranışına görə BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilməsini təklif edib.

Ukrayna transatlantik azadlıq və demokratiyanın müdafiəsində real olaraq NATO-nun şərq cinahına çevrilib.
Petro Poroşenko

Donbassda vəziyyəti şərh edən Poroşenko regionda Rusiya tərəfdarı 35 min separatçı və Rusiyanın iki mindən çox hərbçisinin olduğunu bildirib. O deyib ki, onların ixtiyarında təxminən 500 tank, 130 reaktiv sistem və 800-ə qədər artilleriya sistemi var. Poroşenkonun bildirdiyinə görə, Almaniya, Fransa və İtaliya kimi ölkələrdə bu sayda tank yoxdur.

Ukrayan ordusunun əsgəri Şərqi Ukraynada Rusiya tərəfdarı separatçılarla cəbhə xətti boyu mövqe tutub, 28 noyabr, 2018.
Ukrayan ordusunun əsgəri Şərqi Ukraynada Rusiya tərəfdarı separatçılarla cəbhə xətti boyu mövqe tutub, 28 noyabr, 2018.

“Ukrayna transatlantik azadlıq və demokratiyanın müdafiəsində real olaraq NATO-nun şərq cinahına çevrilib”, “Ukrainskaya pravda” qəzeti Poroşenkodan iqtibas gətirib.

Bundan öncə Poroşenko Ukrayna konstitusiyasına dəyişikliklərlə bağlı qanun imzalayıb. Bu dəyişikliklər Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyə qəbul edilməsi istiqamətində strateji kursun təsbit edilməsi məqsədi daşıyır.

Poroşenko çıxışı zamanı həmçinin Qara dənizdə Rusiya tərəfindən ələ keçirilmiş Ukrayna dənizçilərinin azad edilməsi məqsədilə Rusiyaya təzyiq göstərilməsi üçün BMT baş katibinə vəsatət təqdim edib.

Ukraynanın üç gəmisi və 24 dənizçi keçən il noyabrın 25-də ilhaq edimiş Krım sahilləri yaxınlığında Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. Dənizçilər Rusiya sərhədini pozmaqda ittiham edilir. Rusiya hökuməti Ukrayna dənizçilərinin bilərəkdən provokasiyaya getdiyini bildirib.

XS
SM
MD
LG