Accessibility links

Poroşenko Ukraynada hərbi vəziyyət tətbiq edir


Ukrayna prezidenti Petro Poroşenko bazar ertəsi günü 30 gün müddətində hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb. Bu haqda Ukrayna prezidentinin veb səhifəsində bildirilir. Fərmanın qüvvəyə minməsi üçün sənəd Ukrayna parlamentində təsdiq edilməlidir. Parlamentin məsələni bazar ertəsi günü müzakirəyə çıxaracağı gözlənilir.

Bundan öncə Poroşenko Rusiyadan Qara dənizdə ələ keçirdiyi ukraynalı dənizçilər və gəmiləri dərhal azad etməyi tələb edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı “kifayət qədər təhlükəli üsullarla” beynəlxalq normaları pozmaqda ittiham edib. Onun sözlərinə görə, bu, “həmin akvatoriyada gəmilərin normal hərəkəti üçün təhlükə və risklər yarada bilər və yaradırdı”.

Ukraynanın BMT-dəki səfiri Volodimir Yelçenko BMT Təhlükəsizlik Şurasının iclasında danışır, 26 noyabr, 2018.
Ukraynanın BMT-dəki səfiri Volodimir Yelçenko BMT Təhlükəsizlik Şurasının iclasında danışır, 26 noyabr, 2018.

BMT-nin Təhlükəsizlik Şurası yaranmış vəziyyəti müzakirə etmək və gərginliyin artmasına yol verməmək məqsədilə fövqəladə iclas keçirir.

Poroşenko bazar ertəsi Ukraynanın öz beynəlxalq öhdəliklərinə dönmədən əməl etmək niyyətində olduğunu bildirib.

Rusiyanın hərbi gəmiləri Ukraynanın iki hərbi gəmisinə atəş açıb, Ukrayna Hərbi Dəniz Donanmasının daha bir gəmisini isə blok dib. Rusiya Ukrayna dənizçilərini ölkənin su hövzəsinə qeyri-qanuni daxil olmaqda ittiham edib və faktiki olaraq Ukrayna Hərbi Dəniz Donanmasının üç gəmisini ələ keçirib.

Ukrayna rəsmiləri incident nəticəsində azı altı dənizçisinin yaralandığını bildirir. Rəsmi Kiyev Ukrayna dənizçilərinin qeyri-qanuni hərəkətə yol verdiyini inkar edərək, Rusiyanı hərbi təcavüzdə günahlandırıb.

XS
SM
MD
LG