Accessibility links

“Rusiya ordusunun Ukrayna ərazisinə geniş hərbi müdaxilə təhlükəsi qalmaqdadır”


Ukrainian President Petro Poroshenko speaks at a press conference during his meeting with Georgian President Georgy Margvelashvili in Tbilisi, Georgia, July 18, 2017.
Ukrainian President Petro Poroshenko speaks at a press conference during his meeting with Georgian President Georgy Margvelashvili in Tbilisi, Georgia, July 18, 2017.

“Rusiya ordusunun Ukrayna ərazisinə geniş hərbi müdaxilə təhlükəsi qalmaqdadır”.

Bunu Ukrayna prezidenti Petro Poroşenko Ali Radada çıxış edərkən deyib.

Prezident qeyd edib ki, Donbasda BMT sülhümühavizə qüvvələrinin yerləşdirilməsi Ukraynanın şərqindəki münaqişədə ilk ”irəliləyiş”olacaq.

O bir daha bu münaqişəyə görə cavabdehliyi rusiyapərəst separatçıların üzərinə atıb.

Rusiyanın 2014-cü ilin martında Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsinə görə Qərblə Rusiya arasında münasibətlər pisləşib.

ABŞ və Avropa Birliyi buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Moskva ittihamları rədd edir.

XS
SM
MD
LG