Accessibility links

Portland şəhərində etirazlar iğtişaşa çevrilib


Portland polisi cümə gecə Viskonsində bir etiraz aksiyası zamanı iki nəfəri öldürüb, bir nəfəri yaralayan yeniyetmənin bəraət qazanmasının əleyhinə keçirilən nümayişi iğtişaş elan edib.

Təxminən 200 nəfərin iştirak etdiyi etiraz aksiyası etirazçılar pəncərələri sındırıb, polisə əşya atıb, Ədliyyə Mərkəzini yandırmaqdan bəhs etdikləri üçün iğtişaş elan edilib. Bu barədə KOIN Tv məlumat verib.

Etirazçılar 18 yaşlı Kayl Rittenhausun Viskonsin ştatının Kenoşa şəhərində bəraət qazanmasından sonra bir araya gəliblər.

Portland Polis İdarəsi rəisi Çak Lovell deyib ki, hökmdən bir az sonra polis zabitləri cümə gecə və həftəsonu üçün planlar üzərində işləyirdilər.

Axşam saat 8:50 radələrində Portlandın mərkəzində təxminən 200 etirazçı toplaşıb, küçələri blok edib.

Saat 9-da şəhərdəki təsislərin pəncələri sındırılıb, qapıları zədələnib. Polis ərazidə zabitlərə əşyaların atıldığına dair tvitlər paylaşıb.

Polis Twitter-də yazıb: “Cənub-şərq 2-ci və cənub-şərq Madison küçələrinin kəsişməsinin yaxınlığında toplaşıb və ərazidəki təsislərin pəncərə və qapılarını sındırmağa başlayıb. İnsanlar ərazidəki polis zabitlərinə əşyalar atırlar.”

Portlandda Corc Floydun ötən il Minneapolisdə polis tərəfindən öldürülməsindən sonra davamlı və çox vaxt zorakı olan etirazlar baş verib. Bəzi fəallar polisin cavab olaraq onlara qarşı sərt davranmasından şikayətlənib.

XS
SM
MD
LG