Accessibility links

Portland şəhərində gecə nümayişləri davam edir


ABŞ-ın şimal-qərbində yerləşən Oreqon ştatının Portland şəhərinin polisi çərşənbə gecə saatlarında polis məntəqəsi və həbsxananın yerləşdiyi binanın qarşısına toplaşan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

Rəsmilər bir neçə aydır davam edən gecə etirazlarını iğtişaş adlandırıb, bəzi nümayişçiləri yanğınlar və federal məhkəmə binasının qarşısında fişəng atmaq da daxil olmaqla, cinayətkarlıqda ittiham edib.

Etirazlar Corc Floydun Minnesota ştatında polisin nəzarətində ölümündən sonra Portland və ölkə boyu bir çox yerdə polis islahatları və irqi ayrı-seçkiliyin aradan qaldırılması üçün addımların atılması tələbi ilə başlayıb.

Portlanddak etirazlar yerli rəsmilərin etirazına baxmayaraq, hökumətin oraya federal agentləri yerləşdirməsindən sonra xüsusi diqqət cəlb edib.

Federal agentlərin artıq bölgədən çıxarılmasına baxmayaraq şəhər rəsmiləri hələ də küçələrdən onların və polisin etirazçılara qarşı tez-tez istifadə etdikləri kimyəvi maddələrin və gözyaşardıcı qazın qalıqlarını təmizləyirlər.

Portland Ətraf Mühit Xidmətləri Bürosu keçən həftə gecə nümayişləri zamanı hədəf alınan federal məhkəmə binası, polis bölməsi və həbsxananın ətrafını təmizləyib və altı drenajdan nümunələr götürüb.

Rəsmilər iğtişaşlar zamanı etirazçılara qarşı istifadə edilən materialların tərkibində sink, qurğuşun, mis və xrom kimi zərərli maddələrin olub-olmadığının araşdırılacağını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG