Accessibility links

Porto-Riko elektrik stansiyasında yanğın baş verib


Porto-Rikoda dünən elektrik stansiyasında baş vermiş yanğın məktəb və bizneslər bağlanmasına və 1.5 milyon insanın işıqsız qalmasına səbəb olub.

Rəsmilər bildirib ki, ABŞ ərazisinin əksər hissəsində 3.5 milyon sakini işıqla təmin edən cənub elektrik stansiyasında baş vermiş nasazlıq bütün ada boyu işıqların keçməsi ilə nəticələnib.

Qubernator Alehandro Qarsia Padilla vəziyyətin çox ciddi olduğunu bildirib. Padilla deyib ki, yanğın adanın təxminən 30 faizini işıqla təmin edən sistemi sıradan çıxarıb və generatorlar sıradan çıxdıqca ada boyu əlavə 15 yerdə yanğınlara səbəb olub.

Yanğınlar zamanı xəsarət alan olmayıb.

Porto-Riko rəsmiləri bildirib ki, çərşənbə gününədək əksər ərazilərdə elektrikin bərpası gözlənilir.

XS
SM
MD
LG