Accessibility links

Portuqaliya iranlılara viza vermir


Portuqaliya qeyri-spesifik təhlükəsizlik səbəbləri ilə iranlıları viza ilə təmin etməyəcək.

Xarici İşlər Naziri Santos Silva deyib ki, bu ölçünün ölkələr arasındakı münaibətlərlə əlaqəsi yoxdur.

Parlament komitəsində qanunvericinin sualını cavablandıran Silva bunun təhlkükəsizlik baxımından həyata keçirildiyini, daha sonra bu haqda məlumat verəcəyini bildirib. Lakin nazir bunun ictimailəşdirilməcəyini əlavə edib.

"Portuqaliya ərazisinə girişlə oyun oynamır” - deyə, Silva qeyd edib. O bu qərarın nə zaman qəbul edildiyi barədə də heç nə deməyib.

Komitənin sədri iki saat davam edən dinləmələri qapalı elan edib.

Mühafizəkar CDS-PP partiyasından qanunverici Hoao Qançalves Reuters-ə bu sualı nəyə görə verdiyini belə izah edib: "Biz iranlılara 2 və ya 3 həftədir viza verilməsinin dayandırıldığına dair məlumat aldıq. Biz bunu təsdiq etmək istədik."

O, məlumatın mənbəyi və ya hansısa iranlının şikayət etdiyi haqda danışmayıb.

Dinləmələrdən sonra müxbirlərin suallarını cavablandıran Silva bildirib ki, bu proses müvqqətidir. O bunun tezliklə bərpa ediləcəyinə dair ümidini ifadə edib.

İranın Lissabondakı səfirliyindən məsələyə münasibət bildirilməyib.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG