Accessibility links

Portuqaliyada fəhlələr ixtisarlara tətil aksiyası ilə cavab verirlər


Portuqaliyanın ən iri həmkarlar ittifaqı sərt ixtisar ölçülərinə qarşı 24 saatlıq tətil elan edib. Portuqaliya Fəhlələri Baş Konfederasiyasının təşkil etdiyi müvəqqəti tətil əsasən avtobus və qatar sistemi olmaqla, ictimai xidmət sektorunu hədəf alıb.

Yanğınsöndürənlər fəaliyyətini davam etdirir, amma onlardan da bəziləri hökumətin işsizliyin artması və maaşların azalması ilə nəticələnən islahatlarına etiraz edirlər.

Bir fəhlə ölkədə həyata keçirilən islahatların vəziyyəti getdikcə mürəkkəbləşdirdiyini deyirlər.

"Onlar adamlar, zəhmətkeşlər haqda fikirləşmirlər, bizim həyat şəraitimiz isə pisləşir," deyə o, bildirir.

Portuqaliya hökuməti ötən mayda Beynəlxalq Valyuta Fondundan və Avropa İttifaqından 103 milyard dollarlıq maliyya paketinin müqabilində 3 illlik iqtisadi islahatlar həyata keçirməyə razı olub.

XS
SM
MD
LG