Accessibility links

Posttravmatik stress pozuntusu: Qarabağ müharibəsi iştirakçılarının reabilitasiyası


Posttravmatik stress pozuntusu: Qarabağ müharibəsi iştirakçılarının reabilitasiyası
please wait

No media source currently available

0:00 0:06:59 0:00

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi bir çox insanın taleyinə ciddi təsir göstərib. I və II Qarabağ müharibəsində, eləcə də zaman-zaman atəşkəsin pozulması nəticəsində hər iki tərəf xeyli itki verib. Rəsmi açıqlamaya görə, II Qarabağ müharibəsində Azərbaycanın 2783 hərbi qulluqçusu həlak olub. Həlak olanlarla yanaşı, müharibədən müxtəlif dərəcəli xəsarətlərlə çıxanlar da var. Müharibədə fiziki xəsarət almasa da, onun fəsadını yaşayanlar insanlar da az deyil. Bu fəsadlardan biri posttravmatik stress pozuntusudur. Klinik-psixoloq Rövşən Süleymanov deyir ki, insanın həyatında bəzən elə hadisələr baş verir ki, bu onun həyatında yüksək stress ortaya çıxara bilər və bu stress insanın ətraf mühitə uyğunlaşmasının qarşısını alır. Bu səbəblə də insanın davranışlarında, emosiyalarda problemlər ortaya çıxır. Bu problemlər zamanla bəzi insanlarda azalır, bəzi insanlarda isə uzun müddət qalır. Uzunmüddətli stressə və onun yaratdığı problemlərə posttravmatik stress pozuntusu deyilir. Rövşən Süleymanov posttravmatik stress pozuntusunun əlamətlərindən danışıb. Rövşən Süleymanovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə posttravmatik stress pozuntusundan əziyyət çəkən insanlar üçün mərkəzlər yaradılır. Həmin mərkəzlərdə müxtəlif terapiya yardımı göstərilir. O, hesab edir ki, Azərbaycanda da belə mərkəzlərin yaradılması və bu sahədə maarifləndirmənin olması vacibdir. Ayaz Qasımov II Qarabağ müharibəsində Xocavənd və Qırmızı bazar istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə iştirakının 20-ci günündə ayağından yaralanıb. Ayaz Qasımov deyir ki, qələbəyə baxmayaraq, müharibənin dəhşətli tərəfləri daha çoxdur. Ayaz deyir ki, müharibədən əvvəlki Ayaz arasında fərq böyükdür. Ancaq o bunun zamanla düzələcəyinə ümid edir. Sadiq Quliyev Sabunçu rayon Qarabağ Qazilər birliyinin sədri, həmçinin I Qarabağ müharibəsinin iştirakçısıdır. Sadiq Quliyevin sözlərinə görə, müharibədən sonra onlar reabilitasiyadan keçməyiblər, bu da onun həyatının hər anında hiss olunub. Sadiq Quliyev ümid edir ki, dövlət II Qarabağ müharibəsində iştirak edən insanların reabilitasiyasına daha çox diqqət ayırar. Azərbaycanda isə posttravmatik stress pozuntusundan əziyyət çəkən insanların statistikası aparılmır. Lakin dünyada bu pozuntunun əlamətlərini daşıyan insanın 10% olduğu bildirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə isə postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə artıq başlanıb. Müharibədə həlak olanların ailələrinə, yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini həyata keçirilir.

XS
SM
MD
LG