Accessibility links

Araşdırma: Hamiləlikdə vaksin olunan qadınların körpələrinin COVID səbəbilə xəstəxanaya yerləşdirilmə riski daha az olur


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin çərşənbə axşamı yaydığı hesabatda bildirilir ki, hamiləlik zamanı peyvənd olunan anaların körpələrinin COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilmək riskləri daha az olur.

Araşdırma nəticəsində hamiləlik dövründə iki doza mRNA vaksini vurulan qadınların körpələrinin həyatlarının ilk altı ayında koronavirus səbəbilə xəstəxanaya yerləşdirilmə risklərinin təxminən 60 faiz azaldığı aşkar edilib. Ana hamiləliyin 20-ci həftəsindən sonra vaksin olunduğu zaman bu göstərici daha da artır.

Mərkəz bütün hamilə, süd verən və ya hamilə qalmağı planlaşdıran qadınları koronavirusa qarşı peyvənd olmağa çağırıb, çünki koronavirus erkən doğuş və körpənin ölü doğulması kimi bir sıra fəsadların olma riskini artır.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları ötən ilin iyul ayı ilə bu ilin yanvar ayı arasında ABŞ boyu 20 uşaq xəstəxanasına yerləşdirilən 379 körpəni, o cümlədən COVID-19 testi müsbət çıxan 176 körpəni müşahidə edərək bu nəticəyə gəliblər.

Bundan əlavə isə The Guardian qəzetinin məlumatına görə, Britaniyanın Səhiyyə Təhlükəsizliyi İdarəsi (HSA) bildirir ki, bir neçə araşdırmanın nəticələri COVID-19 vaksinin insanların COVID-19 infeksiyasının qalıcı təsirlərindən əziyyət çəkmə ehtimalını azaltdığını göstərir.

İdarə ölkə daxilində və xaricdə aparılan 15 araşdırmadan alınan məlumatları təqdiq edəndən sonra bu nəticəyə gəlib. Həmin araşdırmaların yarısında vaksinin insanları uzun-müddətli COVID-dən qoruyub-qorumadığı, digərlərində isə uzun-müddətli COVID-dən əziyyət çəkən insanlarda vaksinin təsiri araşdırılıb.

HAS-nın tədqiqatçıları bir və iki doza vaksin vurulan insanlarda yorğunluq, baş ağrısı, saç tökülməsi, nəfər darlığı, qoxu hissinin itməsi kimi uzun-müddətli COVID simptomlarının yaranma riskinin aşağı olduğunu aşkar ediblər. Onlar həmçinin bildirib ki, təqdiqatlarda uzun-müddətli COVID-dən əziyyət çəkən vaksin olunmayan insanların vaksin olunandan sonra vaksin olunmayanlarla müqayisədə simptomlarının azaldığına dair sübutlar var.

Bu arada isə Cənubi Koreya ölkədə COVID-19-a yeni yoluxma hallarının çərşənbə günü ilk dəfə olaraq 90 mindən çox olduğunu bildirib. Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyinin məlumatına görə, bundan bir gün öncə, çərşənbə günü isə 57 164 yoluxma halı qeydə alınmışdı.

Yüksək yoluxuculuğa malik omikron variantı səbəbilə yoluxma halların artmasına baxmayaraq, Baş nazir Kim Bu-kyum deyib ki, hökumət yaxında hazırkı koronavirus məhdudiyyətlərini yumşalda bilər. Buna restoran, kafe və barlara tətbiq olunan komendant saatının ləğvi və bir araya toplaşmaq üçün qoyulan 6 nəfərlik limitin aradan qaldırılması daxildir.

Birləşmiş Ştatlarda Prezident Co Baydenin administrasiyası qanunvericilərə COVID-19-la mübarizə səyləri üçün əlavə 30 milyard dollara ehtiyacın olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG