Accessibility links

Bayden silah təhlükəsizliyi ilə bağlı qanunu imzalayıb


ABŞ Prezidenti Co Bayden şənbə günü hər iki partiyanın dəstəyi ilə qəbul edilən silah təhlükəsizliyi ilə bağlı qanun layihəsini imzalayıb. Bu, Ali Məhkəmənin silah hüquqlarını genişləndirəndən günlər sonra son otuz ilin silahlarla bağlı edilən ən böyük federal islahatdır.

“Bu, monumental bir gündür,” Bayden Ağ Evdə həyat yoldaşı Cill Bayden yanında ikən bildirib. “Bu, Allahın izni ilə, çox həyat qurtaracaq.”

Ali Məhkəmə cümə axşamı ilk dəfə olaraq ABŞ Konstitusiyasının insanların özünü müdafiə məqsədilə ictimai yerlərdə silah daşımaq hüququnu qoruduğunu bəyan edib. Silahlara nəzarət uzun müddətdir ABŞ-da ixtilaf doğuran bir məsələdir. Belə ki, silah satışlarına yeni nəzarətlər tətbiq etmək cəhdləri dəfələtlə nəticəsiz qalıb.

Yeni qanuna ştatlara silahların özlərinə və ya başqalarına təhlükə yarada biləcək insanların əlinə keçməsinin qarşısını almağa yardım edən müddəa daxildir. Qanun həmçinin evli olmayan imtim partnyorlarına qarşı zorakılıq etməkdə təqsirli bilinən insanlara silah satışının qarşısı alır, ancaq hücum tipli tüfənglər və ya yüksək tutumlu maqazinlərin satışını qadağan etmir.

Qanun ilk dəfə olaraq azyaşlıların törətdikləri mühüm cinayətlər haqqında məlumat əldə etməyə imkan yaradır. Bununla birlikdə qanun həmçinin məişət zorakılığına görə məhkum edilmiş alıcılara silah satışının qarşısını alır.

Qanun silahları özləri və başqaları üçün təhlükəli hesab edilən insanların əlindən almaq üçün nəzərdə tutulan “qırmızı bayraq” qanunlarını həyata keçirlən ştatları yeni federal maliyyə ilə təmin edir.

Bayden deyib ki, o, qanunun imzalanmasını qeyd etmək üçün iyul ayında silah zorakılığına məruz qalan insanlar üçün tədbir keçirəcək.

Prezident həmçinin dəfələrlə olduğu kimi yenidən Ali Məhkəmənin cümə günü ölkə boyu konstitusion abort hüququnu ləğv edən qərarını tənqid edib və deyib ki, onun administrasiyası diqqəti ştatların bu qərarı necə tətbiq etdiyinə yönəldəcək və onların başqa qanunları pozmadıqlarından əmin olacaq.

“Ali Məhkəmə bəzi çox pis qərarlar verib,” Bayden deyib. “Çill və mən bu qərarın bir çox amerikalı üçün nə qədər ağrılı və viranedici olduğunu bilirik. Biz qadınların hüquqlarını və reproduktiv sağlamlığı qorumaq üçün tədbir görəcəyik,” o söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG