Accessibility links

Prezident ölkədaxili məqsədlər üçün ordudan istifadə etmək səlahiyyətinə malikdir


Hüquq üzrə ekspertlərin dediyinə görə, prezident Donald Tramp etirazlara qarşı sərt tədbirlər görməkdən imtina edən ştatlara Birləşmiş Ştatlar ordusunu göndərmək səlahiyyətinə malikdir.

Lakin prezidentin belə bir qərarı hüquqi maneələr və qubernatorların müqaviməti ilə qarşılaşa bilər.

"Əgər hər hansı bir şəhər sakinlərinin həyatları və əmlaklarını qorumaq üçün lazım olan tədbirləri görməyi rədd etsə, mən ora Birləşmiş Ştatlar ordusunu göndərəcəm və onlar üçün problemi tez bir şəkildə həll edəcəm,” Tramp Ağ Evin bağçasında çıxışı zamanı bildirib. Ölkə boyu bir neçə şəhərdə Corc Floydun Minneapolisdə öldürülməsindən sonra etirazlar keçilrilir əmlaklar dağıdılır, polislə etirazçılar arasında zorakı qarşıdurmalar yaşanır.

Hüquq üzrə ekspertlər deyir ki, prezident həqiqətən də 1807-ci ilin Üsyan Aktı altında qiyamı yatıra bilməyən və ya federal qanunları pozan ştatlara ordu göndərmək səlahiyyətinə malikdir.

Birləşmiş Ştatlar prezidenti diktator deyil və prezident Donald Tramp Nyu York ştatına dominantlıq etmir və etməyəcək.
Nyu York qubernatoru Endrü Kuomo

Son 50 ildə prezidentlər məktəblərdə seqreqasiyaya son qoyulmasını təmin etmək və 1950-1960-cı illərdə vətəndaş hüquqlarını qorumaq üçün cənub ştatlarına ordu göndəriblər. Bundan əlavə Kaliforniya qubernatoru 1992-ci ildə baş verən qiyam zamanı federal hökümətdən yardım istəyəndən sonra da prezident Los Ancelesə ordu göndərib.

Buna baxmayaraq, prezidentin sözləri bəzi ştatlarda rəsmilər tərəfindən dərhal müqavimətlə qarşılanıb. Onlar prezidentin onların iradələrinə zidd olaraq ştatlara qoşun göndərmək səlahiyyətinin olmadığını deyir.

"Birləşmiş Ştatlar prezidenti diktator deyil və prezident Donald Tramp Nyu York ştatına dominantlıq etmir və etməyəcək,” Nyu York ştatının baş prokuroru Letişa Ceyms bazar ertəsi bəyanatında bildirib. O lazım olsa, ştatın məhkəməyə getməyə hazır olduğunu da söyləyib.

Amerika Vətəndaş Azadlıqları İttifaqı (ACLU) Üsyan Aktından istifadənin lazımsız, məsuliyyətsiz və təhlükəli olacağını bildirib.

“Ağlı başında olan heç bir qubernator vətəndaşların polis zorakılığı və sistemik irqçiliyə qarşı dinc etirazlarına hərbi yolla müdaxilə etmək istəmir," ACLU-nun Milli Təhlükəsizlik Layihəsinin direktoru Hina Şəmsi bildirib.

Üsyan Aktına əsasən, Tramp ilk öncə etirazçıların müəyyən müddət ərzində dinc yolla dağılmasına çağırmalıdır. O, müəyyən şərtlər altında, məsələn zorakılıqlar hər hansı ştatda qanunların icrasına maneə törətdiyi təqdirdə, qubernatorun çağırışı olmadan həmin ştata federal qoşunları yollaya bilər.

Ostində yerləşən Texas Universitetinin milli təhlükəsizlik konstitusiya hüqüqu üzrə eksperti Stefen Vladek Twitter-də bildirib ki, federal hökümətin qoşunlardan istifadə etmək üçün ştatın çağırışına ehtiyacı yoxdur və Üsyan Aktı prezidentə qoşunlardan istifadənin uyğun olduğu şəraiti müəyyən etməyə imkan verir.

Onun bildirdiyinə görə, Üsyan Aktından 1992-ci ildən bəri qismən ölkədaxili məsələlərdə qoşunlardan istifadəyə üstünlük verilmədiyinə görə istifadə olunmayıb.

XS
SM
MD
LG