Accessibility links

Prezident Administrasiyasının qarşısında aksiyaya cəhd olub


Prezident Administrasiyasının qarşısında aksiyaya cəhd olub
Prezident Administrasiyasının qarşısında aksiyaya cəhd olub

Aksiyaçılar işgəncə faktlarına hüquqi qiymət verilməsini tələb edib

Mayın 7-də Gəncə hadisələri ilə bağlı həbs edilmiş və işgəncələrə məruz qalmış şəxslərin bir qrup ailə üzvü Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Etirazçılar “Gəncə işi” ilə bağlı istintaqa rəhbərlik etmiş müstəntiqin və digər şəxslərin fotolarını nümatyiş etdirib, hökumətdən insanlra həbs və istintaq zamanı işgəncə verən şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsini tələb edib. Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

Onun sözlərinə görə, etiraz aksiyası polis tərəfindən dağıdlıb. Bir neçə etirazçı və jurnalist saxlanılıb.

“Biz jurnalıistlər, - Arzu Abdulla, Sevinc Sadıqova və Teymir Kərimov, Gülnaz Qəmbərova aksiya zamanı polis tərəfindən saxlanıldıq. İki saatadək Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində saxlanıdlıqdan sonra üç qadın jurnalist azad buraxıldıq. Amma, Teymur Kərimov hələ də polis bolməsindədir,” Arzu Adulla Amerikanın Səsinə bildirib.

Bu il martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs edilən iki qrupa hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.

Bəzilərinin əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.

This image contains sensitive content which some people may find offensive or disturbing.

Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb. Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilib ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.

Prokurorluq bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar güllə yarası alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları baş verənləri terror hesab edir və iddia edirlər ki, Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.

Yunis Səfərov bu iddialarla bağlı münasibətini hələlik ictimaiyyətə açıqlamayıb. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyir).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib.

Hüquq müdafiəçiləri və həbsdə olan şəxslərin ailə üzvləri həbs və istintaq zamanı insanlara ağır işgəncələr verildiyini bildirir. Onlar işgəncə faktlarının araşdırlıb hüquqi qiymət verilməsı tələbi ilə dəfələrlə müxtəlif hökumət qurumlarının binaları qarşısında askiyalar keçirib, ölkə prezidentinə müraciət ediblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG