Accessibility links

Prezident Administrasiyasının yeni strukturu - bir çox şəxs vəzifəsini itirib


Prezident Administrasiyası
Prezident Administrasiyası

Noyabrın 29-da prezident İlham Əliyev Prezident Administrasiyasının yeni strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Prezident Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay ərzində hazırlanmalı və dövlət başçısına təqdim edilməlidir.

Daha sonra sərəncamda deyilir ki, baş nazirin birinci müavininin katibliyi istisna olmaqla, administrasiyanın strukturu bir ay ərzində təsdiq edilməlidir.

Dövlət başçısının digət sərəncamları ilə Prezident Administrasiyasının şöbə müdirləri və prezidentin köməkçiləri vəzifələrindən azad edilib.

Adminitrasiyanın yeni strukturunda aşağıdakı şəxslər vəzifələrə təyin edilib.

Prezidentin sərəncamları ilə bundan öncə prezidentin köməkçisi vəzifəsini tutan Natiq Əmirov administrasiyanın iqtisadi siyasət və sənaye şöbəsinin müdiri, dövlət başçısının köməkçisi olmuş Fuad Ələsgərov hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Şahin Əliyev hüquqi ekspertiza şöbəsinin müdiri, Zeynal Nağdəliyev ərazi orqanları ilə iş şöbəsinin müdiri, Ədalət Vəliyev siyasi partiyalarla iş şöbəsinin müdiri, Kərəm Həsənov Dövlət Nəzarəti şöbəsinin müdiri, Hikmət Hacıyev beynəlxalq münasibətlər şöbəsinin müdiri, Süleyman İsmayılov vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Fərəh Əliyeva humanitar siyasət şöbəsinin müdiri təyin edilib.

Dövlət başçısının sərəncamı ilə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov prezidentin köməkçiləri təyin edilib.

Prezident Administrasiyasının yeni strukturunda bundan öncə prezidentin köməkçisi və ictimai-siyasi şöbənin müdiri olmuş Əli Həsənov, prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi olmuş Azər Əmiraslanov və Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi olmuş Dilarə Seyidzadə vəzifə tutmayıb.

Bununla yanaşı Prezident Administrasiyasının yeni yaradılan şöbələri, - Qanunvericilik və hüquqi siyasət şöbəsi, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi və Sənəd dövriyyəsi şöbəsinə hələ təyinat olmayıb.

Prezidentin daha bir sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilib. O bundan öncə bu qurumun direktorunun müavini olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG