Prezident Aparatının önündə etiraz: "Əfqan Sadıqov cinayətkar deyil"
Dekabrın 9-da 36 gündür aclıq aksiyası keçirən jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Prezident Aparatının önündə onun 7 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz edib. O bildirib ki, həyat yoldaşının vəziyyəti kritikdir və onun dərhal azadlığa buraxılmasını tələb edib. Jurnalistin həyat yoldaşı polis əməkdaşları tərəfindən Prezident Aparatının önündən uzaqlaşdırılıb və 28 may ərazisində sərbəst buraxılıb. Əfqan Sadıqov bu ilin mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Azel.tv" saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmədə ittiham edərək yeddi il müddətinə azadlıqdan məhrum edib. Əfqan Sadıqov məhkəmənin hökmünü ədalətsiz hesab edir və buna etiraz olaraq aclıq aksiyası keçirəcəyini elan edib. O bildirmişdi ki, ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcək.
Episodes
-
Oktyabr 23, 2024
Şərqi Qüdsdə yaşayan yüzlərlə fələstinli köçürülmə qorxusu yaşayır
-
Oktyabr 23, 2024
Astaranın Burzubənd kəndinin qaz problemi
-
Oktyabr 23, 2024
Vəkil: Məhkəmə tərkibi Teymur Kərimova qarşı qərəzlidir