Accessibility links

Prezident Bayden aprelin 28-də Konqresin birgə sessiyasında məruzə edəcək


ABŞ Prezidenti Co Bayden 28 aprel tarixində Konqresin birgə iclasında ilk çıxışını etməyi planlaşdırır.

Baydenin çıxışı onun hakimiyyətdə olduğu 100 gün müddətinin tamamlandıığı vaxt edəcək. Bu, müasir dövrdə ABŞ prezidentlərinin hakimiyyətdə dörd illik müddətinin əvvəlində onların administrasiyalarının fəaliyyətinin qiymətləndirildiyi qeyri-rəsmi bir mərhələ hesab edilir.

Prezidentin Konqresin birgə iclasında məruzəsi Nümayəndələr Palatasında baş tutacaq. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Baydenə çərşənbə axşamı ünvanladığı məktubla onu məruzə etməyə dəvət edib və ondan “bu tarixi dövrün çətinlikləri və imkanlarına dair öz baxışlarını bölüşməsini” istəyib.

Ağ Evin açıqladığı bəyanatda Baydenin təklifi qəbul etdiyi ifadə edilib.

Koronavirus pandemiyasının davam etməsi və səhiyyə tədbirləri nəzərə alınaraq tədbirin necə keçiriləcəyi hələlik aydın deyil.

Konqresin birgə iclasları adətən, yuxarı qalereyada qonaqlar da daxil olmaqla, Nümayəndələr Palatası və Senat üzvlərinin toplaşdığı dolu zalda baş tutur.

Nümayəndələr Palatasının hazırkı təlimatlarına əsasən, qanunvericilərin səsvermə və digər işləri daha kiçik qruplarla aparmasınıı tələb edir, hər kəs maskada taxmalı və ictimaiyyət nümayəndələrinin palatanı ziyarət etməsinə icazə verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG