Accessibility links

Prezident Bayden koronavirus yardım paketini təsdiqləyib


Prezident Bayden Ağ Evdə, Oval ofisdə koronavirus yardım paketini imzalayır. 11 mart 2011-ci il
Prezident Bayden Ağ Evdə, Oval ofisdə koronavirus yardım paketini imzalayır. 11 mart 2011-ci il

ABŞ Prezidenti Co Bayden cümə axşamı 1,9 trilyon dollarlıq koronavirus yardım paketini imzalayıb. Bununla da ABŞ-da virusdan əziyyət çəkən ailələr və bizneslərə federal yardımın çatdırılmasına imkan yaradılıb.

Bayden Nümayəndələr Palatasının 220-211 səs fərqi ilə Respublikaçıların dəstəyi olmadan qəbul olunan yardım paketini təsdiq edib.

"Bu tarixi qanun layihəsi ölkənin əsasını qurmaq, bu ölkədəki insanlara, işçilərə, orta sinif əhaliyə, bu ölkəni inşa edənlərə döyüşmək üçün yenidən şans verəcək" deyə prezident Bayden qanun lahihəsini imzalayarkən bildirib.

Lakin Respublikaçı millət vəkilləri paketin çox böyük olduğunu və iqtisadi yardıma ən çox ehtiyacı olanları kifayət qədər hədəfə almadığını bildirərək ona etiraz ediblər. Nümayəndələr Palatasının azlıq lideri Kevin MakKarti çərşənbə axşamı qanun layihəsini “bahalı, pis və liberal” adlandırıb.

Qanun layihəsi Senatda ötən şənbə günü bəzi məqamları dəyişdirildikdən sonra çox cüzi səs fərqi ilə Nümyəndələr Palatasında təsdiqlənib.

Dəyişikliklər arasında federal minimum əmək haqqının artımının ləğv olunması da var.

Qanun layihəsində ölkədə yüksək gəlirli şəxsləri çıxmaq şərti ilə hər kəsə 1400 dollarlıq bir dəfəlik yardım, 6-17 yaş aralığında olan uşaqların hər birinə 3000 dollar və 6 yaşdan kiçik olan uşaqlar üçün isə 3600 dollar yardım eləcə də az gəlirli ailələr üçün vergi güzəştləri nəzərdə tutulur.

İşini itirənlər isə sentyabr ayının əvvəlinə qədər federal hökümətdən həftəlik 300 dollarlıq müavinət alacaq.

Ştatalar və şəhərlər isə pandemiya ilə mübarizə üçün 350 milyard dollar alacaq.

Əvvəlki koronavirus yardım paketi çeklərindən fərqli olaraq bu dəfə onun üstündə prezidentin adı və imzası yer almayacaq.

Yardım paketində həmçinin koronavirus testlərinin, peyvəndlərin daşınması və çatdırılmasını maliyyələşdirmək, eləcə də son bir ildə fəaliyyətləri məhdudlaşan bizneslərə yenidən işə başlamağa yardım nəzərdə tutur.

XS
SM
MD
LG