Accessibility links

Prezident Bayden terror hücumlarının hədəfi olan hər üç məkanı ziyarət edərək 11 Sentyabr qurbanlarının xatirəsini anır


A New York police bagpipe team plays as they stand with an American flag from the World Trade Center during a ceremony marking the 20th anniversary of the September 11, 2001 attacks in New York City, Sept. 11, 2021.
A New York police bagpipe team plays as they stand with an American flag from the World Trade Center during a ceremony marking the 20th anniversary of the September 11, 2001 attacks in New York City, Sept. 11, 2021.

Prezident Co Bayden şənbə günü 20 il əvvəl 11 sentyabr terror hücumlarında ölən minlərlə insanın xatirəsini anıb. O, qaçırılan təyyarələrin düşdüyü yerlərdə - Nyu Yorkda, Arlingtonda Pentaqonda və Pensilvaniya ştatının Şanksvill şəhəri ətrafında ucaldılmış hər üç abidəni ziyarət edir.

Prezident ilk anım mərasiminə Nyu Yorkda qatılıb. Bayden Əl-Qaidə terrorçuları tərəfindən qaçırılan təyyarələr vurduqdan sonra dağılmış Dünya Ticarət Mərkəzinin qoşa qüllələrinin yerində təşkil edilən mərasimdə iştirak edib.

Nyu Yorkdakı mərasimə keçmiş prezidentlər Bill Klinton və Barak Obama da qatılıb. Səhər saat 8:46-da təyyarələrdən birinin Dünya Ticarət Mərkəzinin şimal qülləsini vurduğu an hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prezident Bayden mərasim zamanı heç bir açıqlama verməyib.

Prezident Co Bayden, birinci xanım Cill Bayden, keçmiş prezident Barak Obama, keçmiş birinci xanım Mişel Obama və başqaları Nyu Yorkda 11 Sentyabr terror hücumlarının 20-ci ildönümü münasibətilə keçirilən anım məsarimində iştirak edir.
Prezident Co Bayden, birinci xanım Cill Bayden, keçmiş prezident Barak Obama, keçmiş birinci xanım Mişel Obama və başqaları Nyu Yorkda 11 Sentyabr terror hücumlarının 20-ci ildönümü münasibətilə keçirilən anım məsarimində iştirak edir.

Nyu York, Pentaqon və Pensilvaniyada törədilən terror hücumları təxminən 3 min adamın ölümünə səbəb olub.

Nyu Yorkda keçirilən mərasimdə terror hücumlarının qurbanlarının yaxınları Dünya Ticarət Mərkəzinin qoşa qüllələrinə edilən hücumda ölən insanların adlarının siyahısını oxuyublar.

Bayden daha sonra Pensilvaniyada 2001-ci ilin sentyabrında hakimiyyətdə olan keçmiş prezident Corc Buşun mərasimdə iştirak etdiyi Şanksvill şəhərinə yola düşüb.

Daha sonra isə prezident Bayden 11 sentyabrda terrorçular tərəfindən qaçırılan daha bir təyyarənin vurduğu Pentaqonu ziyarət etmək üçün Vaşinqtona qayıdacaq.

ABŞ prezidentinin anım mərasimlərinin heç birində çıxışı planlaşdırılmayıb. Ağ Ev cümə günü prezidentin qurbanların yaxınlarına başsağlığı verdiyi və 11 sentyabr hadisələrindən sonra yaranan milli birliyi vurğuladığı video mesajını yayımlayıb.

Prezident mesajında terror hücumlarından sonra ilk günlərdə göstərilən qəhrəmanlıqları qeyd edib.

"Biz həm də çox nadir bir şeyin şahidi olduq: əsl milli birlik hissinin", Bayden bildirib.

Amerika prezidentləri 11 sentyabr hadisələrinin ildönümündə adətən hücumlara məruz qalmış üç məkandan birini ziyarət edir və eyni gündə hər üç abidəni ziyarət etmək adi bir hal deyil.

"Prezident həlak olanların, həmin gün ölkədə milyonlarla insana təsir etmiş verilən qurbanları anmaq üçün bu üç məkanın hər birini ziyarət etməyi vacib sayıb" - deyə, Ağ Evin sözçüsü Jen Psaki cümə günü keçirdiyi mətbuat konfransında deyib.

XS
SM
MD
LG