Accessibility links

Prezident Baydenin reytinqi azalır


ABŞ Prezident Co Bayden vəzifəyə başlamasından təxminən doqquz ay sonra reytinqi aşağı düşüb.

FiveThirtyEight saytının keçirdiyi ümumilli sorğularda iştirak edən amerikalıların 49,2 faizi Baydenin prezidentlik vəzifəsini icra etməsindən narazıdır. 44,5 faiz isə onun prezidentliyindən razılğını ifadə edib.

Analitiklər Prezident Baydenin nüfuzunun əsasən də ona səs verən müstəqil seçicilər arasında zəfilədiyini bildirir.

İyul ayında, prezidentliyinin altı aylıq dövründə Bayden doqquz faizlik üstünlük əldə etmişdi. Lakin avqustun sonuna qədər keçirilən sorğularda amerikalıların onunla bağlı fikirləri bərabər şəkildə bölünmüşdü.

O zamandan bəri Baydenin ictimai reytinqinin aşağı düşməsini politoloqlar bir neçə səsəblə izah edir.

Bu, 20 illik müharibədən sonra ABŞ ordusunun Əfqanıstandan xaotik şəkildə çıxarılması vaxtına təsadüf edir.

Paytaxt Vaşinqtonda Respublikaçılar və Demokratlar arasında dövlət borcunun artırılması ilə bağlı davam edən fikir ayrılıqları, mütərəqqi və mötədil Demokrat üzvlər arasında Baydenin son əlli ildə ölkənin sosial təhlükəsizlik siyasətini genişləndirməklə bağlı irəli sürdüyü planı ətrafında siyasi çəkişmələr də reytinqə təsir edib.

Son günlərdə COVID-19-a yoluxmalar azalmazdan əvvəl sürətlə artmağa başlamışdı. Və ölkə əhalisinin 70 milyonu hələ də peyvənd vurdurmayıb.

Bayden 100 və daha çox işçisi olan şirkətlər üçün işçilərini məcburi peyvənd edilməsi ilə bağlı əmr versə də, ölkənin bəzi yerlərində və bəzi müəssisələrdə bununla bağlı mübahisələr yarandığı üçün icrası gecikir.

XS
SM
MD
LG