Accessibility links

ABŞ-da Prezident Günü qeyd edilir


Hər il fevral ayının 3-cü həftəsi ABŞ-da Prezident Günü qeyd edilir. Bu il bayrama daha bir ad “uniforma bazar ertəsi” adı verilib. Bayramın təməli Amerikanın ilk prezidenti Corc Vaşinqtonun fevralın 22-si ad günü münasibəti ilə 1879-cu ildə qoyulub.

Bu gün həm də Amerikanın 16-cı prezidenti Abraham Linkolnun da anım günü hesab edilir. Belə ki, o, məhz bu ay-fevralın 12-də dünyaya gəlib.

Abraham Linkoln
Abraham Linkoln

Federal hökumət isə bayramı Vaşinqton günü kimi qəbul edir.

1968-ci ildə Konqres yeni qanun qəbul etməklə bayramı bazar ertəsi gününə keçirib. Beləliklə insanlara 3 gün istirahət etmək imkanı yaradılıb.

Bu bayram pərakəndə satış şirkətləri üçün alış-veriş günü kimi əlamətdardır.

Corc Vaşintonun şərəfinə keçirilən bayram hazırda bütün keçmiş və gələcək prezidentləri nəzərdə tutur.

2017-ci ilin yanvar ayında hakimiyyətə gələn Donald Tramp ABŞ-ın ən yaşlı prezidentidir. Ondan əvvəl Ronald Reyqan ən yaşlı prezident hesab edilirdi. 1981-ci ildə prezident olan Reyqanın o zaman 69 yaşı vardı.

Donald Tramp
Donald Tramp

Milyarder Tramp sərvət baxımından 35-ci prezident, olduqca zəngin Con F. Kennedidən sonra ikinci prezidentdir.

Kennedi həm də Amerikanın ən gənc prezidenti olub. 43 yaşında hakimiyyətə gələn Kennedi 1963-cü ildə 46 yaşında sui-qəsdin qurbanı olub.

1901-ci ildə sui-qəsd qurbanı olan 25-ci prezident Uilliam Makkinlidən sonra vitse-prezidentlikdən prezidentliyə keçən Teodor Ruzvelt olub. O zaman onun 42 yaşı olub.

Vəzifə müddətində ölən ilk prezident Uilliam Henri Harrison cəmi 32 gün hakimiyyətdə olub.

Franklin Delano Ruzvelt
Franklin Delano Ruzvelt

Franklin Delano Ruzvelt Amerikanın ən uzunmüddətli prezidenti kimi yadda qalıb. 4422 gün hakimiyyətdə olan prezidentin vəfatından sonra 22-ci düzəliş qüvvəyə minib ki, bu da prezidentlərə 2 dəfə 4 il müddətinə seçilmək hüququ verib.

XS
SM
MD
LG