Accessibility links

Bill Klinton “Prezident İtib” adlı fantastik triller üzərində işləyir


Prezidentin ofisi tərk etdikdən sonra fəaliyyəti haqda əsasən avtobioqrafik kitab yazması artıq normal hala çevrilib. Lakin Bill Klintonun üzərində işlədiyi əsər daha da maraqlıdır.

Sabiq prezident best-seller romanların müəllifi Ceyms Pattersonla birgə “Prezident İtib” adlı fantastik triller üzərində işləyir. Kitabın 2018-ci ilin iyununda işıq üzü görəcəyi gözlənilir.

Klinton bazar ertəsi açıqladığı bəyanatında deyib ki, "vəzifədə olan prezident haqda kitab üzərində işləmək olduqca maraqlı idi."

Patterson özü də bəyanatla çıxış edərək, “prezident Klintonla işləmək mənim karyeramda ən maraqlı andır və Klintonun açıqlamaları bir prezidentin həyatına yaxından nəzər salmamıza imkan verəcək” deyib.

Patterson fantastik əsərlər müəllifi kimi böyük popluyarlıq qazanıb.

Bu kitab 70 yaşlı Klintonun fantastika aləmində ilk sərgüzəşti olacaq.

Belə bir əsərin sabiq prezident tərəfindən yazılması çox nadir bir hal olduğuna baxmayaraq yeganə hal deyil. Belə ki, sabiq prezident Cimmi Karter 2003-cü ildə “The Hornet's Nest” adlı tarixi əsər yazmışdır.

Prezident Trumanın qızı Marqaret Truman isə özünün əsrarəngiz “Capital Crime” seriyaları ilə uğurlu karyera yaratmışdır.

XS
SM
MD
LG