Accessibility links

Prezident Co Bayden Konqresdə çıxışında irimiqyaslı planlar irəli sürdü


ABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden

ABŞ Prezidenti Co Bayden çərşənbə günü Konqresin birgə iclasında çıxışı zamanı federal hökumətin amerikalı uşaqlar və ailələrə yardımının genişləndirilməsini təklif etdi.

Bayden dedi ki, Demokratlar və Respublikaçılar ölkə daxilində bir-biriləri ilə rəqabət apararaq, dünyanın geri qalan hissəsi ilə rəqabət etməyi unutmamalıdırlar.

“Zənnimcə, gələcək uğrunda bu yarışda qalib gəlmək üçün, biz həm də ailələrimizə, uşaqlarımıza nəsildə bir olan sərmayə qoymalıyıq,” o dedi.

Baydenin təklif etdiyi 1.8 trilyon dollarlıq paketə uşaqlar üçün iki illik hökumət tərəfindən ödənilən məktəbəqədər təhsil və gənc amerikalılar üçün iki illik pulsuz ictimai kollec təhsili daxildir. Bundan əlavə paketə ABŞ ailələrinə uşaq baxımı üçün 225 milyard dollar, habelə valideynlərə aylıq azı 250 dollarlıq ödəniş daxildir.

Mən 400,000 dollardan az pul qazanan insanların vergilərini artırmayacağam. İndi korporativ Amerikanın və ən zəngin 1 faiz amerikalıların öz paylarına düşəni ödəmə vaxtıdır.

Bayden bu proqramları zənginlərin və korporasiyaların vergilərini artırmaqla maliyələşdirməyi təklif edir.

“Mən 400,000 dollardan az pul qazanan insanların vergilərini artırmayacağam. İndi korporativ Amerikanın və ən zəngin 1 faiz amerikalıların öz paylarına düşəni ödəmə vaxtıdır,” ABŞ Prezidenti söylədi.

Bayden dedi ki, bu plan həm “ədalətlidir” həm də “maliyyə baxımından etibarlıdır.”

“Bu, bizim ölkə olaraq edə biləcəyimiz ən yüksək dəyərli investisiyalardan biridir,” o əlavə etdi.

Baydenin xərcləmə planlarının həyata keçmək şansının olub-olmadığı isə Vaşinqtonda sual altında olaraq qalır.

Yanvarın 20-də vəzifəsinin icrasına başlayan Demokrat Baydenin 1.9 trilyon dollarlıq koronavirus yardım paketi müxalif Respublikaçı qanunvericilərin heç bir dəstəyi olmadan Konqresin hər iki palatasında cüzi fərqlə çoxluq təşkil edən Demokratlar tərəfindən təsdiq olunub.

Respublikaçılar onun infrastruktur və ailə məsələlərinə xərcləmə ilə bağlı planlarının çox baha başa gəldiyini deyirlər və Baydenin korporasiyalar və ən zəngin amerikalıların vergilərini artırmaq planlarını atəşə tuturlar. Baydenin planına əsasən, illik 400,000 dollardan çox pul qazanan insanlar daha yüksək federal vergi ödəməli olacaqlar, illik bir milyon dollardan çox qazananlar isə səhm investisiyalarını satanda əldə etdikləri qazanc üzərindən daha böyük vergi ödəyəcəklər.

ABŞ Prezidenti Co Bayden, ABŞ-ın Vitse-Prezidenti Kamala Harris və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi
ABŞ Prezidenti Co Bayden, ABŞ-ın Vitse-Prezidenti Kamala Harris və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi

Senatın Respublikaçı azlıq lideri Mitç Makkonnel çərşənbə axşamı deyib ki “Prezident Bayden seçki kampaniyasını mötədil namizəd olaraq apardı, amma mən onun indiyədək gördüyü işlər arasında mötədil olan hər hansı bir şey görmürəm.”

Prezidentin televiziyada yayımlanan çıxışını Nümayəndələr Palatasında canlı olaraq sosial məsafəni qoruyan və maska taxan 200 qanunverici və yüksək vəzifəli rəsmilər dinləyib. Adətən bu çıxışı dinləmək üçün oraya 1600 nəfər toplaşır, amma koronavirus pandemiyası səbəbilə çərşənbə günü iştirakçıların sayı kəskin şəkildə azaldılıb.

“Bu axşam mən buraya böhran və imkan haqda danışmağa gəlmişəm. Ölkəmizi yenidən qurmaq, demokratiyamızı yenidən canlandırmaq və Amerikanın gələcəyini qazanmaq haqda danışmağa gəlmişəm,” Bayden söylədi.

O, administrasiyasının başlanğıcında üzləşdiyi çətinliklərdən, o cümlədən koronavirus pandemiyasından və onun səbəb olduğu iqtisadi böhrandan, habelə onun inaqurasiyasından qısa müddət öncə ABŞ Kapitolisinə hücumdan bəhs etdi.

“İndi, 100 gün sonra mən xalqa hesabat verə bilərəm: Amerika yenidən irəliləyir,” Bayden dedi.

O, koronavirus vaksinlərinin tətbiqində əldə olunan irəliləyişləri vurğuladı, ancaq eyni zamanda insanları Birləşmiş Ştatlarda 574,000 insanın ölümü, 32 milyonun yoluxmasına səbəb olan virusu məğlub etmək üçün lazımı tədbirləri görməyə davam etməyə çağırdı.

Bu axşam mən buraya böhran və imkan haqda danışmağa gəlmişəm. Ölkəmizi yenidən qurmaq, demokratiyamızı yenidən canlandırmaq və Amerikanın gələcəyini qazanmaq haqda danışmağa gəlmişəm.

“Bu virusu məğlub etmək üçün hələ çox iş görülməlidir. Biz hələ ki, rahatlaşa bilmərik,” o söylədi.

Bayden insanları peyvənd vurdurmağa çağırdı və artıq 16 yaşından yuxarı hər kəsin vaksin vurdura biləcəyini qeyd etdi.

“Bu axşam mən deyə bilərəm ki, sizin – Amerika xalqının- sayəsində bizim bu son 100 gündə dünya tarixinin ən pis pandemiyasına qarşı əldə etdiyimiz irəliləyiş ölkəmizin şahid olduğu ən möhtəşəm təşkilati nailiyyətlərdən biridir.”

Bayden bütün dünyanın üzləşdiyi çətinliklərlə bağlı başqa ölkələrlə əməkdaşlığın əhəmiyyətini müzakirə etdiyi zaman koronavirus pandemiyasını xüsusi vurğuladı. O dedi ki, heç bir ölkə terrorizm, nüvə silahlarının yayılması, kütləvi miqrasiya, kibertəhlükəsizilik və ya iqlim dəyişikliyi ilə tək başına mübarizə apara bilməz.

Peyvənd olmaq istəyən hər bir amerikalıya vaksin vəd edən Bayden dedi ki, Birləşmiş Ştatlar “başqa ölkələr üçün vaksin arsenalı” olacaq.

Bayden bildirdi ki, sabiq Prezident Donald Trampın idarəsi altında ABŞ maraqları prioritet edilən xarici siyasətdən sonra Birəşmiş Ştatlar artıq müttəfiqləri ilə birlikdə liderlik edəcək.

Bayden Çin Prezidenti Şi Tsinpinlə danışıqları ilə bağlı dedi ki, o, dünyanın iki ən böyük iqtisadiyyatı arasında iqtisadi rəqabəti qəbul etsə də, “biz münaqişə istəmirik.” Bayden bildirdi ki, Birləşmiş Ştatlar amerikalı işçilər və şirkətləri zəiflədən ticarət əməllərinə qarşı çıxacaq və insan haqları və fundamental azadlıqlara olan öhdəliyindən geri çəkilməyəcək.

Bu axşam mən deyə bilərəm ki, sizin – Amerika xalqının- sayəsində bizim bu son 100 gündə dünya tarixinin ən pis pandemiyasına qarşı əldə etdiyimiz irəliləyiş ölkəmizin şahid olduğu ən möhtəşəm təşkilati nailiyyətlərdən biridir.

Rusiyaya seçkiyə müdaxilə və kiber hücumlar səbəbilə sanksiyalar tətbiq edəndən bir neçə həftə sonra Bayden dedi ki, o, Rusiya Prezidenti Vladimir Putinə açıq şəkildə çatdırıb ki, Birləşmiş Ştatlar gərginliyin artmasını istəmir, amma Rusiyanın əməllərinin bədəli olacaq. O həmçinin iki ölkənin iqlim dəyişikliyinə qarşı mübarizə kimi ortaq maraqlar üzərində əməkdaşlıq edə bilıəcəyini də vurğuladı.

İran və Şimali Koreyanın nüvə proqramları ilə bağlı isə Bayden dedi ki, onun administrasiyası “müttəfiqlərimizlə bu iki ölkənin törətdiyi təhlükələrə qarşı diplomatiya və sərt yayındırma yolu ilə mübarizə aparacaq.”

ABŞ qüvvələrinin sentyabrın 11-dək Əfqanıstandan çıxarılacağını elan edəndən sonra Bayden dedi ki, ölkə üzləşdiyi təhlükələrə, o cümlədən xaricdə Əl-Qaidə və İslam Dövləti qrupuna, ölkə daxilində isə ağ supremasistlərin terroruna qarşı sayıq qalmalıdır.

Bu həftə Real Clear Politics-in keçirdiyi rəy sorğuları amerikalıların 53 faizinin Baydenə dəstək verdiyini göstərib.

Bayden çərşənbə axşamı çıxışını qiyamçıların yanvarın 6-da Nümayəndələr Palatasında ələ keçirdiyi otaqda edib. Həmin gün Tramp tərəfdarları hüquq-mühafizə orqanlarını yan keçərək Baydenin noyabr ayında seçkidə Tramp üzərində əldə etdiyi qələbənin təsdiq olunmasının qarşısını almaq məqsədilə zorla ABŞ Kapitolisinin binasına daxil olmuşdular.

Kapitoliyə hücum nəticəsində beş nəfər həyatını itirib. 400-dən çox insan müxətlif ittihamlarla həbs olunub.

Hazırda Kapitoli yüksək səviyyədə mühafizə olunur və hələ də ətrafı qara hasarla bağlıdır.

XS
SM
MD
LG