Accessibility links

Prezidentlik debatları sentyabrın 29-da başlayır


Prezidentlik debatları sentyabrın 29-da başlayır
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Seçki təqviminin növbəti sahəfisə sentyabrın 29-da prezidentliyə namiədlər- Donald Tramp və Co Bayden arasında silsilə debatlarla davam edəcək.

Milli Qurultayların başa çatması ilə respublikaçı Tramp və onun demokrat rəqibi Bayden açılış iddiaları ilə çıxış edir.

Hər iki namizəd seçkiqabağı kampaniyalarını davam etdirir. Onlar sentyabrın 29-da keçiriləcək ilk debatdan öncə əsas ştatlarda seçicilərinə mesajlar göndərir.

“Düşünürəm ki, prezidentliyə namizdələr arasında səs-sədalı debatlar olacaq.

Texas A&M Universitetinin professoru Cennifer Merçianın dediyinə görə, həm Tramp, həm də Bayden döyüşçüdür.

“O, debatlar zamanı insanları ələ salıb, onları qorxutmaqdan çəkinmir. 2016-cı ildə də belə etmişdi. Tarixdə uzunmüddətli debatlarda iştirak edən Baydenə gəldikdə isə o, öz dediyinin üzərində duran bir adamdır. 2012-ci ildə vitse-prezidentlik debatlarında o, bir qədər Trampı xatırladırdı. O da opponetlərini ələ salırdı.”

Debatlar adətən moderatorun sorğuları formatında keçirilir.

“Əslində hər iki namizədi bir-birinin fonunda görmək maairfləndiricidir. Onların necə danışdığı, hansı tonda danışdığını və siayətlərini eşitmək. Bu, onlara birbaşa biri-digərini nəyəsə görə günahlandırmağa və özlərini müdafiə etmək üçün təkzib imkanı yaradır” , Cennifer Merçia deyib.

“Debatlar bu, problem, bu həlldir deyə, başlaya bilər. Onlara 30 dəqiqə vaxt verilir. Bu müddət ərzində onlar müşavirləri ilə mələhətləşib, öz mövqelərini bildirə bilir. Bundan sonra qərarların keyfiyyəti ilə bağlı mövqeyə necə gəldiklərinə dair debatlar başlayır” - deyə, vandelbilt Universitetindən Con Koç bildirib.

2016-cı ildə olduğu kimi bu dəfə də 84 milyon amerkalının debatları izləyəcəyi təxmin edilsə də, nə qədər seçicinin fikirini dəyişəcəyi bəlli deyil.
((John Koch, Vanderbilt University Debate Director))

“Prezident debatlarına dair çoxsaylı aradırmalar göstərib ki, debatlar insanlara öz namizədlərinin kimliklərini müəyyən etməyə, mövqelərini kiminlə bölüşdüklərinə imkan yaradır. Lakin debatların seçicilərin fikirlərini dəyişdiyinə dair çox az dəlil var” , Koç bildirib.

Pew Araşdırma Mərkəzinin rəy sorğularına görə, 2016-cı ildə debatlardan sonra seçicilərin yalnız 10 faizi qərarlarını dəyişib.

XS
SM
MD
LG