Accessibility links

Prezident Donald Tramp koronavirusla mübarizə çərçivəsində ABŞ-da fövqəladə vəziyyət elan etdi


ABŞ Prezidenti Donald Tramp cümə günü yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkə üzrə fövqəladə vəziyyət elan etdi. Görülən işlər çərçivəsində xəstəliyə qarşı mübarizə üçün 50 milyard dollar federal yardım ayrıldı.

Trump çıxışı zamanı "federal hökumətin bütün gücünü ortaya qoymaq üçün" milli fövqəladə vəziyyət elan etdiyini bildirib. Ağ Evdə keçirilən mətbuat konfransı zamanı ABŞ prezidenti hər bir dövləti virusla mübarizə aparmaq üçün təcili yardım mərkəzləri yaratmağa çağırdı.

Tramp son günlər Birləşmiş Ştatların müxtəlif ştatlarında ictimai yerlərdə toplaşmaları qadağan edib, məktəbləri bağlayaraq, fövqəladə vəziyyət elan edən qubernatorlar və şəhər merləri kimi fəaliyyət göstərmədiyinə görə xüsusilə demokratlar tərəfindən təzyiqlərə məruz qalıb.

Fövqəladə vəziyyət dünyada 138 min insanın yoluxması, onlardan 5 mindən çoxunun ölümünə səbəb olan virusla mübarizə üçün administrasiya rəsmilərinin federal fondlardan maliyyə ayırmasına imkan verəcək.

Prezidentin fövqəladə vəziyyət elan etməsi və bunun nəticələrinin aradan qaldırması üçün maliyyə ayırmasına imkan verən fövqəladə vəziyyətlərə dair qanun 1988-ci ildə qəbul edilib. Bundan əvvəl 2000-ci ildə prezident Bil Klinton yayılmaqda olan Qərbi Nil virusu səbəbi ilə ölkədə fövqəladə vəziyyət elan etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG