Accessibility links

Prezident icra səlahiyyətindən istifadə edərək divar inşasını maliyyələşdirə bilər


Prezident icra səlahiyyətindən istifadə edərək divar inşasını maliyyələşdirə bilər
please wait

No media source currently available

0:00 0:02:51 0:00

ABŞ hökumətinin bağlanmasının 4-cü həftəyə girməsinə baxmayaraq, prezident Tramp milli fövqəladə vəziyyət elan edəcəyi ilə bağlı hədələrini davam etdirir. Prezident icra səlahiyyətindən istifadə edərək divar inşasını maliyyələşdirə bilər. Lakin demokratlar və bəzi respublikaçılar bu fikrin əleyhinədir.

Prezident Tramp cənub sərhədlərinə səfəri zamanı kampaniyasının vədi olan divarın inşasından danışıb.

Demokratların əleyhinə olmasına baxmayaraq, Tramp fövqəladə vəziyyətin nəzərdən keçirildiyini bildirib.

"Mənim bunun üçün tam səlahiyyətim var. Hazırda bunu nəzərdən keçirmirəm. Çünki bu çox asandır. Demokratlar divar istədiklərini söyləməlidir. Bu divarı inşa etməliyik. Əks təqdirdə sərhəd təhlükəsizliyindən danışa bilmərik. Həyatımızı davam etdirməliyik."

Senator Lindsi Qraham da daxil edilməklə, bəzi respublikaçılar bunun hökumətin açılmasının yeganə yolu olduğunu deyir.


"Səlahiyyətdən istifadə edilməsini yeganə çıxış yolu kimi görürəm. Konqres heç nə edə bilməz. "

Merilanddən konqresmen Antoni Braun kimi deməkratlar isə fözqəladə vəziyyətin əleyhinədir.


"Səlahiyyətdən istifadə edilməsi, qoşunların sərhədə yerləşdirilməsi məsuliyyətsiz və lazımsız bir addımdır. Xanım spiker, biz sərhədlərdə böhran istəmirik. Böhran oval ofisdədir."

Təhlilçi Con Hudak deyir ki, prezidentlərin fözqəladə vəziyyət elan etməsinin müəyyən sərbəstlikləri var.


"Prezidentin milli fövqəladə vəziyyət elanı üçün kifayət qədər gücü var. Qanuna nəzər saldıqda prezidentin bunu etməsinin istisnasını görmək olmur."

Lakin Hudak prezidentlərin səlahiyyətlərinin konstitusion məhdudiyyətləri olduğunu da əlavə edib.

"Prezidentlər məsrəflər baxımından Konqresi yola gətirməyə çalışır. Çox zaman onları məsrəf gücünün Konqresdə olması saxlayır."

Rəy sorğularına görə, demokratlardan daha çox hökumətin bağlanmasına görə amerikallar Trampı günahlandırır.

Virciniya Universitetindən Larri Satonun dediyinə görə, prezident diqqətini siyasi bazası üzərində cəmləşdirib.

"Bu, Trampın bazasının yola gəlməsinədək və ya sən əlindən gələni etdin, amma bu demokratlar əl çəkmədilər deyənədək davam edəcək. "

Hudak hesab edir ki, Trampın strategiyası ciddi siyasi risk yaradır.

"Prezdent Tramp öz bazası ilə oyun oynayır. Təəssüflər olsun ki, onun bazasını əhalinin çox kiçik bir hissəsi təşkil edir. Onların əksəriyyəti divar məsələsində onunla çalışmır."

Tramp isə hesab edir ki, onun divar vədi yenidən prezident seçilməsi üçün siyasi bazasının təməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG