ABŞ-ın sabiq prezidenti Cimmi Karter sonuncu dəfə yıxılma ilə əlaqədar olaraq beyninə qansızma nəticəsində yaranmış təzyiqin aşağı salınması prosedurundan sonra sağalmağa başlayıb.
Keçmiş prezident və onun həyat yoldaşı Rozalin tərəfindən təsis edilən qeyri-kommersiya insan haqları institutu olan Karter Mərkəzi Twitter-də Karterdə heç bir mənfi təsirlərin olmadığını və xəstəxanada "müşahidə üçün tövsiyə edildiyi qədər" qalacağını bəyan edib.
95 yaşlı Cimmi Karterin sağlamlığında son zamanlar bir neçə dəfə problem yaranıb. Əvvəlcə o, may ayında yıxılaraq bud nahiyəsində sınıq səbəbindən əməliyyat olunub. Ötən ay isə iki dəfə təkrarən yıxılan sabiq prezidentə əvvəlcə 14 tikiş tələb qoyulub, daha sonra isə o, çanağını sındırıb.
1977-ci ildən 1981-ci ilə qədər prezident olan Karter mart ayında ABŞ tarixində ən uzunömürlü prezident elan edildi.
Ofisdən ayrıldıqdan bəri, Karter fəal şəkildə Habitat for Humanity üçün fəal şəkildə evlər tikir və Corciya ştatının cənub-qərbindəki Pleyns şəhərindəki Maranatha Baptist kilsəsində ayda iki dəfə bazar günləri dərslərini tədris edir.