Accessibility links

Prezident koronavirusun iqtisadi və sosial təsirlərini azaltmaq üçün bir milyard manat ayırıb


Prezident İlham Əliyev 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılması barədə sərəncam imzalayıb.

Sənədə əsasən pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi və maliyyə nazirlərinin rəhbərliyi ilə İşçi Qrupları yaradılıb.

İşçi qrupları pandemiyanın biznes mühitinə, sahibkarlıq subyektlərinə, iqtisadi fəaliyyətə, muzdlu işçilərə, aztəminatlı ailələrə, bank sektoruna və makroiqtisadi mühitə, manatının məzənnəsinə və istehlak qiymətlərinə təsirlərini öyrənərək təkliflərlərlə çıxış edəcək.

XS
SM
MD
LG