Accessibility links

ABŞ Çini daha yaxın hərbi əməkdaşlığa çağırıb


Ağ Ev rəsmisi sülhməramlı missiyalarda iştirak, piratlığa qarşı mübarizə və fəlakətlərdən sonra bərpa qeyri-ənənəvi hərbi fəaliyyətlərin artırılmasının vacib olduğunu deyib

Birləşmiş Ştatlar Çinin ölkənin müdafiə sistemlərinə kiber hücumları nəticəsində iki ölkə arasında yaranan gərginliyə baxmayaraq, iki ölkə arasında daha yaxın hərbi əməkdaşlığa çağırıb.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Donilon deyib ki, iki ölkə sülhməramlı missiyalarda iştirak, piratlığa qarşı mübarizə və fəlakətlərdən sonra bərpa kimi hərbi sahədə qeyri-ənənəvi fəaliyyətləri artırmalıdır.

Cənab Donilon Çinin mərkəzi hərbi komissiyasının sədr müavini general Fan Çanqlonqla görüş keçirib.

Ağ Evin müşaviri bazar ertəsi Pekinin Vaşinqtonla əlaqələrinin mühüm mərhələdə olduğunu deyən Çin prezidenti Tsi Tzinpinlə görüşüb. Donilonun Çinə iki günlük səfəri ABŞ və Çin prezidentləri arasında gələn həftə Kaliforniya ştatında keçirilməsi nəzərdə tutulan summit üçün hazırlıq məqsədi daşıyır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG